Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər ərazisində bəzi ağaclarda mövcud olan xəstəliklə bağlı məlumat.

13 mart 2023 | 18:55

Bildiririk ki, şəhər ərazisində ağacların (sərv, şam, tuya,  leylandr və s.) kütləvi quruması və bioloji inkişafdan qalması səbəblərinin araşdırılması məqsədilə Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən 9 dekabr 2022-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunub. Nazirliyin aidiyyəti nümayəndələrinin şəhər ərazisində araşdırması nəticəsində ağacların vəziyyətilə bağlı verilmiş rəydə Orthotomicus erosus qabıq böcəklərinin və Leucaspis pusilla adi şam yastıcasının eldar şamı ağaclarına ciddi zərər vurduğu və ağacların quruyaraq sıradan çıxdığı müəyyən olunub. Qurumuş və qurumaqda olan ağacların həm xəstəliyi yaydığı, həm də ətrafdakılar üçün təhlükə mənbəyi olduğu bildirilib. Onların operativ olaraq kəsilib götürülməsi və utilizasiya olunması tövsiyə edilib. Bütün bunları nəzərə alaraq, şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin əməkdaşları tərəfindən xəstəliyə yoluxmuş ağacların kəsilərək utilizasiyası işləri həyata keçirilir. Bu vəziyyət Bakı şəhərində və Respublikanın digər regionlarında da müşahidə olunur.Həmçinin, yaz mövsümünün gəlişinə hazırlıqla əlaqədar şəhər ərazisində yerləşən park və xiyabanlarda səliqə-sahman, təmizlik  və budama işləri davam edir.

 

Mətbuat xidməti

Keçidlər