Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov növbəti səyyar görüş keçirib.

12 may 2026 | 17:53

Dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2026-cı ilin may ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, mayın 12-də Fariz Eynullayev küçəsində (abad məhəllə) səyyar görüş keçirilib.

Səyyar görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.

Görüşdə öncə Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban Əliyeva tərəfindən verilən tapşırıq və göstərişlərə uyğun olaraq şəhərdə həyata keçirilən abadlıq və yenidənqurma işlərindən danışıb. Su və kanalizasiya xətlərinin müasirləşdirilməsi, küçələrin işıqlandırılması, yolların asfaltlanması istiqamətində görülən işlərin davam etdirildiyini diqqətə çatdırıb.

Həmçinin MİDA-nın “Yeni Şirvan” yaşayış kompleksində aparılan işlər, digər infrastruktur layihələrinin icrası, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramı üzrə nəzərdə tutulan tədbirlər və qarşıda duran əsas vəzifələr barədə görüş iştirakçılarına geniş məlumat verib.

Daha sonra müraciətlər dinlənilib və araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.

Görüşdə iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından razılıqlarını bildirərək, yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə möhtərəm  Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Eyni zamanda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov "Bakı Abadlıq Xidməti MMC"nin Şirvan şəhəri üzrə layihə rəhbəri İsrafil Fərəcullayevin iştirakı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində şəhərin Fariz Eynullayev və Nəriman Nərimanov küçələrində aparılan abadlıq və yenidənqurma işləri ilə tanış olub, sakinlərlə görüşüb, təklif və tövsiyələrini verib.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Keçidlər