Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov növbəti səyyar görüş keçirib.

14 aprel 2026 | 16:53

Dövlət başçısının tapşırıq və göstərişlərinə uyğun olaraq, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2026-cı ilin aprel ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, aprelin 14-də “Sənayecihaz” EİM-in Telemexanika idarəetmə şöbəsində səyyar görüş keçirilib.

Səyyar görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərləri və zavodun işçiləri iştirak ediblər.

Görüşdə öncə Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban Əliyeva tərəfindən verilən tapşırıq və göstərişlərə uyğun olaraq şəhərdə həyata keçirilən abadlıq və yenidənqurma işləriindən danışıb. Su və kanalizasiya xətlərinin müasirləşdirilməsi, küçələrin işıqlandırılması, yolların asfaltlanması istiqamətində görülən işlərin davam etdirildiyini diqqətə çatdırıb.

Eyni zamanda, MİDA-nın “Yeni Şirvan” yaşayış kompleksində aparılan işlər, digər infrastruktur layihələrinin icrası, həmçinin “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Şirvan şəhərində genişmiqyaslı abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsi və qarşıda duran əsas vəzifələr barədə görüş iştirakçılarına geniş məlumat verib.

Daha sonra müraciətlər dinlənilib və araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.

Görüşdə iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından razılıqlarını bildirərək, yaradılan şəraitə, göstərilən diqqət və qayğıya görə möhtərəm  Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Keçidlər