Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid anasını müalicə aldığı xəstəxanada ziyarət edib.
19 fevral 2026 | 18:39
Fevralın 19-da Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri səhhətində yaranan narahatlıqla bağlı Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-də müalicə alan Vətən müharibəsi şəhidi Cavid Məmmədlinin anası Aygün Məmmədovanı ziyarət ediblər.
İlqar Abbasov şəhid anasının səhhəti, aparılan müayinə və müalicə prosesi ilə maraqlanıb, ona Allahdan şəfa diləyib.
Şəhid ailəsinin üzvləri göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.






