Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid anasını müalicə aldığı xəstəxanada ziyarət edib.

19 dekabr 2025 | 17:30

Dekabrın 19-da Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri səhhətində yaranan narahatlıqla bağlı Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-də müalicə alan şəhid polkovnik-leytenant Rəşad Hüseynovun anası Ceyran Hüseynovanı ziyarət ediblər.

İlqar Abbasov şəhid anasının səhhəti, aparılan müayinə və müalicə prosesi ilə maraqlanıb, ona Allahdan şəfa diləyib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya özü və ailəsi adından minnətdarlıq ifadə edib.

Keçidlər