Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid atasını müalicə aldığı xəstəxanada ziyarət edib.
31 oktyabr 2025 | 16:51
Oktyabrın 31-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, DTX-nin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və şəhid ataları səhhətində yaranan narahatlıqla bağlı Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-də müalicə alan Vətən müharibəsi şəhidi Şəhriyar İsmayılzadənin atası Əkbər İsmayılovu ziyarət ediblər.
İlqar Abbasov şəhid atasının səhhəti, aparılan müayinə və müalicə prosesi ilə maraqlanıb, ona Allahdan şəfa diləyib.
Şəhid atası Əkbər İsmayılov göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya özü və ailəsi adından minnətdarlıq ifadə edib.






