Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid atasını ziyarət edib.
04 noyabr 2025 | 18:02
Noyabrın 4-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları Şirvan Şirvan Reabilitasiya Mərkəzində müalicə alan Vətən müharibəsi şəhidi Həsən Həsənovun atası Rəhim Həsənovu ziyarət ediblər.
İlqar Abbasov şəhid atasının səhhəti, göstərilən reabilitasiya xidmətləri ilə maraqlanıb, ona Allahdan şəfa diləyib.
Şəhid atası Həsən Həsənov göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya özü və ailəsi adından minnətdarlıq ifadə edib.






