Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Tbilisidə keçirilən XVI Regional Dayanıqlı İnkişaf Forumunda iştirak edir

04 iyun 2026 | 17:05

Forumdan öncə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyevlə və forumda ölkəmizi təmsil edən digər rəsmilərlə birgə Tbilisi şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ucalan Ümummilli Liderin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Sonra nümayəndə heyəti ilə XVI Regional Dayanıqlı İnkişaf Forumunda iştirak ediblər.

Forumun açılış mərasimində Tbilisi şəhərinin meri Kaxa Kaladze giriş nitqi ilə çıxış edib. Tədbirdə həmçinin Gürcüstan Prezidenti Mixail Kavelaşvili və Gürcüstanın Baş naziri İrakli Kobaxidze çıxış edərək dayanıqlı inkişaf, regional əməkdaşlıq və qarşılıqlı tərəfdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.

Açılış mərasimindən sonra Tbilisi şəhərinin vitse-meri Giorgi Tkemaladze və Tbilisi şəhər Məclisinin sədri Zurab Abaşidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı Azərbaycan və Gürcüstan arasında mövcud dostluq və strateji tərəfdaşlıq münasibətləri, yerli özünüidarəetmə sahəsində əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov səmimi dəvətə və görüşün yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib, Tbilisi şəhərinin vitse-meri Giorgi Tkemaladze və nümayəndə heyətinin üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.

Hər il keçirilən Regional Dayanıqlı İnkişaf Forumu dayanıqlı inkişaf sahəsində fəaliyyət göstərən dövlət qurumlarını, beynəlxalq təşkilatları, yerli özünüidarəetmə orqanlarını, ekspertləri və digər maraqlı tərəfləri bir araya gətirən mühüm platformadır. Forum çərçivəsində dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi, regional əməkdaşlığın gücləndirilməsi, qabaqcıl təcrübələrin paylaşılması və mövcud çağırışların müzakirəsi istiqamətində fikir mübadiləsi aparılır.

Keçidlər