Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər İcra Hakimiyyətinin başçısı noyabr ayının sonuncu cümə axşamı şəhid ailəsi üzvləri ilə birlikdə Şəhidlər xiyabanını ziyarət edib.

27 noyabr 2025 | 12:58

Noyabrın 27-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, idarə və müəssisələrin nümayəndələri, din xadimləri və şəhid ailəsi üzvləri ilə birlikdə Şəhidlər xiyabanını ziyarət ediblər.

Ziyarət zamanı öncə Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzülüb. Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ailələrinə səbir dilənib.

Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksi ziyarət edildikdən sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi, bundan sonra da daim uca tutulacağını vurğulayıb. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən şəhid ailəsi üzvlərinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıdan söz açıb, bu qayğının Şirvan şəhərində də davam etdirildiyini diqqətə çatdırıb.

Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailəsi üzvlərini narahat edən məsələlərlə bağlı müraciət və təkliflərini dinləyib, aidiyyəti üzrə həlli istiqamətində müvafiq tapşırıqlar verib. Görüşdə iştirak edən şəhid ailəsi üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər