Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid anaları xəstəxanada ziyarət olunublar.

30 sentyabr 2026 | 17:39

Sentyabrın 30-da Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və İcra Hakimiyyəti başçısının müavinləri Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-də müalicə olunan şəhid Həsən Həsənovun anası Məryəm Həsənovanı və şəhid Ramil Əliyevin anası Xuraman Əliyevanı ziyarət ediblər.

Ziyarət zamanı İlqar Abbasov hər iki şəhid anasının səhhəti, aparılan müayinələrin nəticələri və müalicə prosesi ilə maraqlanıb, onların tezliklə şəfa taparaq sağlamlıqlarına qovuşmalarını arzulayıb.

Görüş zamanı şəhid analarına göstərilən diqqət və qayğının dövlətimizin şəhid ailələrinə münasibətdə həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindən biri olduğu qeyd olunub.

Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər