Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Ərəbli Rahil Rafiq oğlunun anım günü ilə əlaqədar məzarı ziyarət olunub.

13 may 2023 | 13:06

13 may 2023-cü il tarixində torpaqlarımızın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş Ərəbli Rahil Rafiq oğlunun anım günü qeyd edilib. Tədbirdə iştirak edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin nümayəndəsi, şəhid ailələri və ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanında şəhidin məzarını ziyarət edib, önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyub, torpaqlarımızın azadlığı, vətənimizin bütövlüyü uğrunda canını fəda edən qəhrəman şəhidimizə Allahdan rəhmət, doğmalarına səbr diləyiblər. Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışaraq, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdikləri şücaət və vətənpərvərlikdən söz açıb. Diqqətə çatdırıb ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri də hər zaman dövlət qayğısı ilə əhatə olunacaqlar. YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək bildirib ki, bu gün bayrağımız şəhidlərimizin, qazilərimizin canı-qanı hesabına işğaldan azad olunan ərazilərimizdə dalğalanır. Ölümün gözünə dik baxaraq canlarını Vətənə fəda edən igid oğullarımızı xatırlamaq, yad etmək, ən əsası da gələcək nəsillərə örnək göstərmək hər birimizin ən ümdə vəzifəmiz olmalıdır. Daha sonra çıxış edənlər şəhid Ərəbli Rahilin şərəfli döyüş yolundan danışıb, şəhidlərin əziz xatirələrinin heç zaman unudulmayacağını vurğulayıblar. Şəhid Ərəbli Rahilin doğmaları dövlət tərəfindən bütün şəhid ailələri kimi onların ailəsinin də daim diqqət və qayğı ilə əhatə olunduqlarını vurğulayaraq, göstərilən hər cür dəstək və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Allah bütün şəhidlərimizə rəhmət etsin.

Keçidlər