Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid övladı ali təhsil müəssisəsinə qəbul olub.

26 avqust 2026 | 12:25
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin və konstitusiya quruluşunun bərpası uğrunda 19-20 sentyabr 2023-cü il tarixlərində Qarabağ iqtisadi rayonunda keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan hərbi vəzifəli polkovnik-leytenant Rəşad Hüseynovun qızı Rəşidə Hüseynova ali təhsil müəssisəsinə qəbul olub.
Rəşidə Hüseynova Bakı Avrasiya Universitetinin “Regionşünaslıq” ixtisasına qəbul olaraq tələbə adını qazanıb.
Bu münasibətlə Rəşidə Hüseynovanı ürəkdən təbrik edir, ona təhsil həyatında uğurlar, yüksək nailiyyətlər və parlaq gələcək arzulayırıq.
Allah bütün şəhidlərimizə rəhmət etsin!
Keçidlər