Şəhid övladı Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub
26 avqust 2026 | 15:32
44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Xəyal Namazovun övladı Adəm Namazov Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olub.
Adəm Namazov Şirvan şəhər 14 nömrəli tam orta məktəbdə təhsil alıb. O, məktəb illərində təhsilə və hərbi xidmətə xüsusi maraq göstərib, gələcəkdə peşəkar hərbçi olmaq və atasının şərəfli yolunu davam etdirmək məqsədi qarşıya qoyub.
Adəm Namazovun hərbi təhsil müəssisəsinə qəbul olunması şəhid atasının Vətənə xidmət yolunun layiqli davamı kimi qiymətləndirilir. O, gələcəkdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət etmək, Vətənin müdafiəsinə və təhlükəsizliyinə töhfə vermək niyyətindədir.
Bu münasibətlə Adəm Namazovu ürəkdən təbrik edir, ona hərbi təhsil və gələcək xidmət yolunda möhkəm iradə, uğurlar və yeni nailiyyətlər arzulayırıq!
Allah bütün şəhidlərimizə rəhmət etsin!






