Şriftin ölçüsü :

Saytın rəngi :

"Shirvan Open 2025" beynəlxalq şahmat festivalına start verilib.

21 noyabr 2025 | 12:08

Azərbaycan Şahmat Federasiyası, Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı "Shirvan Open 2025" beynəlxalq şahmat festivalı başlayıb. Turnirdə 8 ölkədən 240-dan artıq şahmatçı iştirak edir.

Tədbirdə öncə Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.

Festivalın açılış mərasimində iştirak edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov və Azərbaycan Şahmat Federasiyasının Birinci vitse-prezidenti Faiq Həsənov qonaqları və yarış iştirakçılarını salamlayıb, şahmatçılara uğurlar və nailiyyətlər arzulayıblar.

Yarışlar A və B qrupları üzrə təşkil olunub və hər iki qrupda mübarizə İsveçrə sistemi ilə 9 turdan ibarət formatda keçirilir.

Festivalın ümumi mükafat fondu 22650 AZN təşkil edir. A qrupunun qalibi 5100 AZN, B qrupunda isə ilk yeri tutacaq şahmatçı 1000 AZN qazanacaq. Festival çərçivəsində həmçinin rapid və blits yarışlarının da təşkili nəzərdə tutulub.

Qeyd edək ki, festival Azərbaycan Şahmat Federasiyasının "Chess Tour Azerbaijan" layihəsi çərçivəsində keçirilir və layihənin sayca 8-ci və bu il üçün sonuncu festivalıdır. Turnirə 26 noyabrda yekun vurulacaq.

Keçidlər