Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Folklor evində sakinlərlə növbəti səyyar görüş keçirilib.

24 yanvar 2023 | 17:02
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2023-cü ilin yanvar ayı üçün təsdiq edilən qrafikə əsasən, şəhər sakinləri ilə növbəti səyyar qəbul-görüş 24 yanvar 2023-cü il tarixdə Şirvan Folklor evində keçirilib.
Səyyar qəbul-görüşdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Şəhər İcra Hakimiyyətinin başçısı qəbula gələn şəhər sakinlərini salamladıqdan sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə öyrənilməsi və birbaşa həlli məqsədilə bütün şəhər və rayonlarda icra hakimiyyəti başçıları tərəfindən vətəndaşlarla mütəmadi səyyar görüşlərin təşkil edildiyini, Şirvan Şəhər İcra Hakimiyyətində təsdiq edilmiş qrafikə əsasən, hər ay şəhərin müxtəlif ərazilərində sakinlərlə 4 səyyar görüşün keçirildiyini bildirib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızın azad edilməsi uğrunda 44 günlük Vətən müharibəsində qazandığı şanlı zəfərdən və pandemiya ilə mübarizədə dövlət başçısı ilə birlikdə Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın həyata keçirdiyi uğurlu tədbirlərdən söz açıb. Ölkə başçısının “Müharibəyə nə qədər müasir texnika və silah cəlb olunsa da, zəfərin əsas müəlliflərinin Azərbaycanın əsgər və zabitləridir” fikrini bir daha xatırladaraq, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə şəfalar diləyib. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan bəhs edərək, döyüş əməliyyatlarında şücaət və qəhrəmanlıq nümayiş etdirən müharibə iştirakçılarının və şəhidlərimizin dövlət başçısı tərfindən təltif edildiyini, onların arasında şirvanlı gənclərin də olduğunu, xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə 9 Vətən müharibəsi şəhidinin ordenlə təltif edildiyini, onların adlarınının şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaşadıqları küçələrə verildiyini diqqətə çatdırıb. Şəhidlərin adlarının əbədiləşdirilməsi məqsədilə Şəhidlər Xiyabanında həm Vətən müharibəsi şəhidlərinin, həm də Birinci Qarabağ müharibəsi şəhidlərinin məzarları qara mərmərdən götürüldüyünü, ölkəmizdə ilk dəfə Şirvan şəhərində şəhid analarının şərəfinə “Şəhid Anası” memorial abidə kompleksinin, Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında Zəfər abidəsinin, Qarabağ və Zəfər xiyabanlarını yaradıldığını, şəhərin mərkəzində Şirvan şəhərindən olan I və II Qarabağ müharibəsi şəhidlərinin şəkillərinin, qısa tərcümeyi-halının, döyüş yolunun və təltiflərinin əks olunduğu müasir tipli elektron monitorun quraşdırıldığnı, Vətən müharibəsi şəhidlərinin yaşadıqları ünvanlarda xatirə lövhələrini yaradıldığını, adlarının ümumtəhsil məktəblərində sinif otaqlarına verildiyini, onların doğum və anım günlərinin şəhər ictimaiyyəti ilə birlikdə yüksək səviyyədə qeyd edildiyini vurğulayıb. Əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, təqaüdlərin, əmək haqlarının, müavinətlərin qaldırılması ilə bağlı dövlət başçısının 2023-cü ildə imzaladığı sərəncamlar barədə məlumat verib. Ölkə səviyyəsində görülən işlərin davamı olaraq, Şirvan şəhərində park və xiyabanların əsaslı təmir edildiyini, yeni nümunəvi məhəllələrin salındığını, şəhərin su-kanalizasiya sisteminin müasir tələblər səviyyəsində mərhələlərlə yenidən qurulduğunu, 76 çoxmənzilli yaşayış binasından 73 binanın zirzəmisinin çirkab sulardan təmizləndiyini, küçə və prospektlərdə, məhəllələrdə yeni işıqlandırma sisteminin quraşdırıldığını, MİDA-nın sifarişi ilə şəhər ərazisində sosial evlərin tikintisi üçün 8,14 torpaq sahəsinin ayrıldığını diqqətə çatdırıb.
Sonra qəbula gələn sakinlər dinlənilib. Vətəndaşların bu dəfəki müraciətləri ünvanlı sosial yardım, işsizlik, şəxsi obyektinə su çəkilməsinə köməklik göstərilməsi, torpaq sahəsinin verilməsi, evin təmiri, birdəfəlik maddi yardım, yataqxanada yaşayış yeri və sair olub. Ünvanlanan müraciətlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.
 
 
Mətbuat xidməti
Keçidlər