Şirvan "Folklor evi"ndə "Zəfər salnaməsinin unudulmaz qəhramanları" adlı tamaşanın təqdimatı keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan şəhər Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 04 noyabr 2022-ci il tarixdə Şirvan "Folklor evi"ndə 8 noyabr Zəfər günü ilə əlaqədar rejissor-ssenarist Firuzəxanım Abbasovanın hazırladığı "Zəfər salnaməsinin unudulmaz qəhrəmanları" adlı tamaşanın təqdimatı keçirilib. Təqdimat mərasimində Şirvan şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Samirə İsmayılova, Sabirabad Regional Mədəniyyət İdarəsinin Şirvan şəhəri üzrə nümayəndəsi Əziz Abbasov, Şirvan Dövlət İqtisad və Humanitar Kollecinin direktoru Barxudar Barxudarov, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, Kollec tələbələri və ümimtəhsil məktəblərinin şagirdləri iştirak edib. Tamaşa auditoriya kütləsi tərəfindən böyük maraqla izlənilib. 44 günlük Vətən müharibəsinin ağrılı və eyni zamanda şərəfli məqamlarını özündə əks etdirən tamaşada mənfur erməni separatçılarını canlandıran obrazlar tamaşaçılar tərfindən hiddətlə qarşlanıb. Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin düşməni torpaqlarımızdan qovması və azad edilən ərazilərdə üçrəngli bayrağımızı dalğalandırması zalda əyləşənlərin alqışları ilə müşayiət olunub. Sonda çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin əməkdaşı Samirə İsmayılova, Sabirabad Regional Mədəniyyət İdarəsinin Şirvan şəhəri üzrə nümayəndəsi Əziz Abbasov Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Ordumuzun tarix yazdığı 44 günlük Vətən müharibəsi haqqında bundan xeyli kitablar yazlılacağını, tamaşalar səhnələşdiriləcəyini, filmlər çəkiləcəyini bildiriblər. Gənc və həvəskar aktyorların rollarını müsbət qiymətləndiriblər və onlara uğurlar arzulayıblar.
Mətbuat xidməti