Şirvan Folklor Evinin səhnəsində "Bəxtiyar" musiqili tamaşa nümayiş olunub
28 iyun 2024 | 17:27
28 iyun 2024 - cü il tarixdə Şirvan şəhər Mədəniyyət Mərkəzinin və Gənclər Evinin həvəskar aktyorlarının birgə təşkilatçılığı ilə "Bəxtiyar" filminin motivləri əsasında musiqili tamaşa təqdim edilib. Tamaşadan sonra şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov və digər qonaqlar tamaşa barədə öz təəssüratlarını bölüşüb, yaradıcı heyətə uğurlar arzulayıb.
Tamaşa geniş auditoriya kütləsi tərəfindən alqışlarla qarşılanıb.
Tədbirin sonunda xatirə şəkli çəkilib