Şriftin ölçüsü :

Saytın rəngi :

“Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsində şəhid Elvin Şıxəliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

01 iyun 2022 | 11:49
1 iyun 2022-ci il tarixdə “Şirvan Gənclər Evi” Sosial Xidmət Müəssisəsində Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Şıxəliyev Elvin Sarvan oğlunun doğum günü münasibətilə xatirə tədbiri keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Sənan Qafarov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhid Elvin Şıxəliyevin təhsil aldığı 18 nömrəli təbiət, humanitar təmayüllü məktəb-liseyin müəllim və şagird kollektivi, şəhid ailələri, şəhər gəncləri, Gənclər Evinin könüllüləri iştirak edib.
Tədbir şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etməklə açıq elan olunub. Gənclər Evinin direktoru Əfqan Həsənov çıxış edərək Allahdan şəhidlərimizə rəhmət və ailələrinə səbir diləyib. Azərbaycanın bütövlüyü, torpaqlarımızın müdafiəsi uğrunda canlarından keçmiş şəhidlərimizin ömür yolunun gənclərimizə örnək olduğunu, şəhidlərimizin ruhunun hər zaman uca tutulacağını, ehtiramla yad olunacağını qeyd edib.
YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Sənan Qafarov çıxış edərək, şəhid olaraq əbədiyyət zirvəsinə ucalan şəhidlərimizin bizə olan vətən əmanətini gözümüz kimi qorumalı, onu gülüstana çevirmək üçün əlimizdən gələni etməli olduğumuzu vurğulayıblar.
Qəhrəman şəhidimiz Elvin Şıxəliyevin təhsil aldığı Mübariz İsrailov adına 18 saylı təbiət, humanitar təmayüllü məktəb-liseyin müəllimləri Elvin haqqında xoş xatirələrini bölüşüblər, şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.
Şəhidin atası Sarvan Şıxəliyev Elvin haqqında böyük kədərlə söz açaraq, övladı ilə fəxr etdiyini, belə tədbirlərin keçirilməsinin şəhid ailələrinə mənəvi dəstək olduğunu bildirib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə edib.
Sonda Gənclər Evi tərəfindən şəhid Elvin Şıxəliyev haqqında hazırlanmış təqdimat videosu nümayiş olundu.
 
Mətbuat xidməti
Keçidlər