Şirvan Gənclər Evində "Milli-mənəvi dəyərlər və monolit ailə institutu” layihəsi əsasında maarifləndirici təlim keçirildi.
31 yanvar 2023 | 20:15
30-31 yanvar 2023-cü il tarixlərdə Şirvan Gənclər Evində "Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi və Azərbaycan Respublikasının Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənclər üçün "Milli-mənəvi dəyərlər və monolit ailə institutu” layihəsi əsasında maarifləndirici təlim keçirildi.
Şirvan Şəhər İcra Hakimiyyətinin, Şirvan Şəhər Gənclər və İdman İdarəsinin, "Şirvan Gənclər Evi" SXM-nın, GİKM Şirvan nümayəndəliyinin də tərəfdaşlığı ilə keçirilən layihədə 40-dan çox gənc iştirak etdi.
ADTGT sədri Asif Əsgərli və layihə rəhbəri, ADTGT icraçı direktoru Gülnarə Bağırova tərəfindən keçirilən təlimdə erkən və qohum nikahların gənclərə, onların milli-mənəvi, tibbi-psixoloji, sosial-hüquqi durum və vəziyyətinə, monolit ailə institutuna və milli genefonda göstərdiyi mənfi təsirlərdən, ona qarşı mübarizədən və bu sahədə vacib alət və mexanizmlər olaraq milli-mənəvi dəyərlərin və ailə ənənələrinin aşılanmasından danışıldı.
Mövzulara aid verilən zəngin informasiya ilə yanaşı Şirvan gənclərinə müxtəlif qrup tapşırıqları, çıxış, fikir və təqdimatlarını da göstərmək imkanları yaradıldı. 2 gün davam edən təlimin sonunda qiymətləndirmə aparıldı və iştirakçılar sertifikatlarla təltif olundular.