Şriftin ölçüsü :

Saytın rəngi :

“Şirvan Gənclər Evi”ndə Vətən müharibəsinin şəhidi Namiq Xəlilovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

13 iyun 2022 | 17:23
 
13 iyun 2022-ci il tarixdə “Şirvan Gənclər Evi” sosial xidmət müəssisəsində Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Namiq İlyas oğlu Xəlilovun doğum günü münasibətilə tədbir keçirilib.
Tədbirdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Sənan Qafarov, şəhidimizin təhsil aldığı 11 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi, şəhid ailələri, şəhər gəncləri, Gənclər Evinin könüllüləri iştirak edib.
Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsini bir dəqiqəlik sükut və ehtiramla yad edilib.
Gənclər Evinin direktoru Əfqan Həsənov tədbiri giriş sözü ilə açaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü, azadlığı uğrunda həyatından keçən şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib. Şəhidlərimizin ruhunun hər zaman uca tutulacağını, ehtiramla yad olunacağını qeyd edib.
Tədbirdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı Sənan Qafarov dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıblar. Şəhərimizdə də şəhidlərimizin doğum və anım günlərində xatirələrinin ehtiramla yad edildiyini, adlarının əbədiləşdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirildiyini, ailələrinin mütəmadi ziyarət olunduğunu diqqətə çatdırıblar. Şəhidimizin ailəsinə başsağlığı verib, belə bir cəsur, vətənpərvər övlad yetişdirdikləri üçün təşəkkür ediblər.
Şirvan şəhərinin igid oğlu Namiq Xəlilovun təhsil aldığı Tahir Bağırov adına 11 nömrəli orta məktəbin müəllimləri qəhrəman Namiq haqqında xoş xatirələrini bölüşüblər, onun tərbiyəli, çalışqan, vətənpərvər şagird olmasını vurğulayıblar.
Sonra məktəblilərin ifasında ədəbi-bədii kompazisiya səsləndirilib.
Tədbirin sonunda Gənclər Evi tərəfindən şəhid Namiq Xəlilov haqqında hazırlanmış təqdimat videosu nümayiş olunub.
 
Mətbuat xidməti
Keçidlər