Şirvan Olimpiya Kompleksində sakinlərlə növbəti səyyar görüş keçirilib.
Ölkəmizdə həyata keçirilən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, şəhər və rayonlarda icra hakimiyyəti başçılarının vətəndaşlarla keçirilən səyyar görüşləri də bu məqsədə xidmət edir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətində təsdiq edilmiş qrafikə əsasən, şəhər sakinləri ilə növbəti səyyar görüş 15 dekabr 2022-ci il tarixdə Şirvan Olimpiya Kompleksində keçirilib. Qəbulda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovla birlikdə Milli Məclisin deputatı İltizam Yusifov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev, ŞİH-nin şöbə müdirləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qəbula gələn şəhər sakinləri qarşısında çıxış edərək ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, görülən işlərin fonunda dövlət başçısının Şirvan şəhərinə göstərdiyi xüsusi diqqət və qayğıdan, şəhər ərazisində aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışıb. 2 il əvvəl dünyanı bürüyən koronavirus infeksiyasına qarşı ölkəmizdə Möhtərəm Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən mübairizə tədbirlərindən, müasir tibbi avadanlıqlarla təchiz edilmiş modul tipli xəstəxanaların yaradılmasından, əhali arasında mütəmadi maarifəndirici tədbirlərin və ardıcıl vaksinasiyanın həyata keçirilməsi ilə hətta dünyanın ən inkişaf etmiş ölkələrinin də çətinliklərlə üzləşdiyi bir vaxtda Azərbaycanın pandemiyadan müvəffəqiyyətlə çıxmasından söz açıb. Bu ilin mart ayından etibarən hər ay şəhərin müxtəlif ərazilərində 4 səyyar görüşün təşkil edildiyini və vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşıldığını diqqətə çatdırıb. Düşmən təxribatının qarşısını almaqla kifayətlənməyən rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində yalnız irəli gedərək torpaqlarımızı işğaldan azad etməsindən, hazırda həmin ərzilərdə aparılan abadlıq-quruculuq işlərindən bəhs edib. Pandemiyada və 44 günlük Vətən müharibəsində çətiliklərə baxmayaraq bütün sosial layihələin davam etdirildiyi, işğaldan azad edilən ərazilərdə yeni hava limanlarının, dəmir yolu xəttlərinin, avtomobil yollarının, digər infrastruktur layihələrinin tikintisi barədə ətraflı məlumat verib. Müstəqil Respublikamızın inkişaf strategiyasının, Qarabağ zəfərinin uğurlu siyasət kursunun bəhrəsi olduğunu görüş iştirakçılarının nəzərinə çatdırıb. Müharibə ərəfəsində cənab Prezidentin dünyanın 30-dan artıq KİV-nə verdiyi müsahibələrdə Azərbaycanın haqlı mövqeyini bəyan etməsini, tarixi ədalətin bərpa olunması üçün nəinki döyüş meydanında, həmçinin diplomatik müstəvidə də eyni əzmlə mübarizə aparmasını xatırladıb. Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəalların Şuşa-Laçın-Xankəndi yolunda etiraz aksiyasını da bu mübarizənin davamı və xalqın hər zaman Möhtərəm Prezidentinin ətrafında sıx birliyinin təcəssümü olduğunu qeyd edib. Ölkə başçısının Şirvan şəhərinə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, şəhər ərazisində genişmiqyaslı abadlıq-yenidənqurma işlərinin həyata keçirildiyini, 2021-ci ildə 39 küçənin asfaltlandığını, hazırda 4 küçədə asfaltlanma işlərinin başa çatdırıldığını, 123 küçənin tam işıqlandırıldığını, şəhər sakinlərinin mədəni istirahətini təmin etmək məqsədilə Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkının yenidən qurulduğunu, orada “Qarabağ” və “Zəfər” xiyabanlarının, Zəfər abidəsinin yaradıldığını, “İDEA” İctimai birliyinin “Bizim həyət” layihəsi çərçivəsində Şirvanda üçüncü həyətin abadlaşdırılmağa başlandığını vurğulayıb. MİDA-nın sifarişi ilə şəhər ərazisində sosial evlərin tikintisi üçün torpaq sahəsinin ayrıldığını, yaşayış binalarının və digər infrastruktur obyektlərinin tikiləcəyini bildirib. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şəhidlər Xiyabanında abadlıq-bərpa işlərinin aparılması, Vətən müharibəsi şəhidlərinin məzarları qoyulduqdan sonra Birinci Qarabağ müharibəsi şəhidlərinin də məzarlarının qara mərmərdən yenidən quraşdırıldığını, şəhid analarının şərəfinə “Şəhid anası” memorial abidə kompleksinin və ətrafında tarixin müxtəlif dönəmlərində xalqımızın məruz qaldığı faciələri və şəhidləri xatırladan mərmər lövhələrin yaradıldığını diqqətə çatdırıb. Bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə şəfalar diləyib. Sonra Milli Məclisin deputatı İltizam Yusifov şəhər sakinləri və seçiçiləriilə mütəmadi görüşdüyünü, onların qaldırdığı problemlərin bir qisminin həll olunduğunu, bir sıra problemlərlə bağlı aidiyyəti qurumlar qarşısında, Milli Məclisin iclaslarında məsələlərin qaldırıldığını görüş iştirakçılarının nəzərinə çatdırıb. Bəzi halllarda vətəndaşların öz hüquqlarını bilmədiyindən və məsuliyyətsizliyindən özlərinin həyat şəraitini çətinləşdirdiyini, insanların hüquqi savadlanmasının vacibliyini qeyd edib. Sonra qəbula gələn sakinlər dinlənilib, onları narahat edən məsələlər və problemlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, bəzi müraciətlərin həlli ilə bağlı müvafiq göstərişlər verilib və nəzarətə götürülüb. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti