Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər 13 nömrəli tam orta məktəbdə 28 may Müstəqillik Günü münasibətilə bayram tədbiri keçirilib.

28 may 2022 | 17:05
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidləromizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra məktəbin direktoru Aynurə Rzayeva tədbiri giriş sözü ilə açaraq xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərancamlarına əsasən bu tarixi günün hər il xalqımız tərəfindən təntənə ilə bayram edildiyini vurğulayıb. 104 il əvvəl Cumhuriyyət qurucularının bizə miras qoyduğu dövlətçilik ənənlərinin yenidən bərpa olunduğunu, xalqımızın müstəqilliyə qovuşduğunu, Ulu öndərin müəllifi olduğu azərbaycançılıq ideyalarının daim yaşayacağını diqqətə çatdırıb. 30 ildən sonra Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun şücaəti ilə torpaqlarımızın azad olunmasından, bu yolda canından keçən Vətən oğullarının daim ehtiramla yad ediləcəyindən söz açıb.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra xüsusi istedada malik şagirdlərin əyləncəli rəqsləri maraqla izlənilib. Bayram günündə qalib xalqın fidanlarının sevinclərinin həddi-hüdudunun olmaması hər kəsdə qürur hissi doğurub.
Mətbuat xitməti
Keçidlər