Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər Bayramlı qəsəbəsində yeni salınacaq məhəllənin təmir tikinti işlərinə start verildi.

08 dekabr 2022 | 20:18

Prezident İlham Əliyevin regionların sosial -iqtisadi inkişafına, abadlıq-quruculuq işlərinin aparılmasına göstərdiyi diqqət və qayğının nəticəsi olaraq Şirvan şəhərində infrastruktur və sosial layihələr uğurla həyata keçirilir. Parklar salınır, yollar təmir edilir, küçələr müasir üsulla işıqlandırılır, binaların fasadları , giriş qapıları təmir edilir, liftlər yenilənir, mərkəzi küçələr əsaslı şəkildə yenidən qurulur. Şəhərin Bayramlı qəsəbəsində, M.Ə.Sabir küçəsində 1950 kv m ərazidə abad məhəllə salınır. Şəhər İcra Hakimiyyətinin   başçısı İlqar Abbasov mütəmadi olaraq məhəllədə olur, orada gedən yenidənqurma və tikinti işlərinin layihəyəyə uyğun aparılmasına, keyfiyyətli və gözoxşayan olmasına ciddi nəzarət edir, tapşırıq və tövsiyələrini verir. Abad məhəllə sakinlərin sağlam həyat tərzi sürmələrinə sağlamlıqlarının möhkəmləndirilməsinə, uşaq və gənclərin asudə vaxtlarını səmərəli keçirmələrinə xidmət edəcəkdir. Abad məhəllədə uşaq əyləncə və idman qurğularının, söhbətgahların, müasir oturacaqların quraşdırılması, futbol meydançasının salınması, yaşıllıq sahəsinə qazon örtüklərinin döşənməsi, müxtəlif növ ağac və güllərin əkilməsi, mövcud avtomobil yollarının ətrafında səkilərin salınacağı planlaşdırılır.Hazırda  həmin ərazidə yaşıllıqlar salınması işlərinə başlanıb. Şirvan şəhərinin simasının daha da gözəlləşməsi və sakinlərin həyat şəraitinin yüksəlməsi naminə abadlıq və yenidənqurma işləri bundan sonra da davam edəcəkdir.

 

 Mətbuat xidməti

Keçidlər