Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər Heydər Əliyev Mərkəzi ziyarət edilib.

12 dekabr 2025 | 15:13

Dekabrın 12-də Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor Nazim Kazımov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəsissələrin rəhbərlərinin iştirakı ilə Şirvan Şəhər Heydər Əliyev Mərkəzi ziyarət edilib.

Tədbirdə Azərbaycan Televiziyası tərəfindən hazırlanmış sənədli film nümayiş olunub.

Keçidlər