Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhər Heydər Əliyev Mərkəzində 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib.

23 iyun 2022 | 12:27
Şirvan şəhərinin idarə, müəssisə və təşkilatlarında 26 iyun Silahlı Qüvvələr Gününə həsr olunmuş silsilə tədbirlər keçirilir.
23 iyun 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 26 iyun Silahlı Qüvvələr Gününə həsr edilmiş “Ordumuzun şanlı tarixi” adlı tədbir keçirilib. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Şirvan Şəhər şöbəsinin rəisi, mayor İlkin Məmmədov, YAP Şirvan şəhər Təşkilatı sədri Zahir Qəhrəmanov, Şirvan şəhər şəhidi Zülfüqarlı Zeynalın atası Alim Zülfüqarov, FHN Mülkü Müdafiə qoşunları Şirvan şəhər N saylı hərbi hissənin şəxsi heyyəti, II Qarabağ müharibəsi iştirakçıları, Şirvan şəhər Tarix-diyarşünaslıq muzeyinin və Şirvan şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları iştirak edib.
Öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən eksponatlar haqqında tədbir iştirakçılarına məlumat verilib.
Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin direktor vəzifəsini icra edən Fəridə Yahyayeva tədbiri açıq elan edərək əsgər və zabitlərimizi 26 İyun Silahlı Qüvvələr Gününün yaranmasının 104-cü ildönümü münasibətilə təbrik edib, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətlərində uğurlar arzulayıb. Ulu öndərin 1998-ci il mayın 22-də imzaladığı Fərmana əsasən, artıq 24 ildir ki, 26 İyun – Silahlı Qüvvələr Gününün ölkəmizdə ümumxalq bayramı kimi qeyd edildiyini, Ümummilli lider Heydər Əliyevin siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Daha sonra çıxış üçün söz Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət xidmətinin Şirvan Şəhər şöbəsinin rəisi, mayor İlkin Məmmədova verilib. O, Qalib Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən bu gün uğurla həyata keçirilən siyasətin Silahlı Qüvvələrin inkişafına xidmət etdiyini, ordunun maddi-texniki vəziyyətinin daha da möhkəmləndiyini, əsgər və zabitlərimizin döyüş ruhunun və vətənpərvərlik əzminin çox yüksək olduğunu vurğulayıb. Hələ ötən əsrin 70-ci illərində Cəmşid Naxçıvanski adına hərbi litseyi yaratmaqla Ulu öndər Heydər Əliyevin Azərbaycanın bugünkü müstəqilliyini, ərazi bütövlüyünü düşündüyünü söyləyib.
Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatı sədri Zahir Qəhrəmanov, Şirvan şəhər şəhidi Zülfüqarlı Zeynalın atası Alim Zülfüqarlı, Aprel döyüşləri və II Qarabağ müharibəsi iştirakçısı Elvin Abbasov çıxış edərək, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı tarixində Ulu öndər Heydər Əliyevin müstəsna xidmətlərindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad edərək qazandığı möhtəşəm Zəfərdən və 44 günlük haqq savaşında adlarını hərb tariximizə qızıl hərflərlə yazan igid Vətən oğullarının döyüş meydanında göstərdikləri qəhrəmanlıqlardan bəhs ediblər.
Tədbir Şirvan şəhər Musiqi Məktəbinin muğam sinfinin müəllim və şagirdlərinin ifasında musiqi nömrələri ilə davam edib.
 
Mətbuat xidməti
Keçidlər