Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə konsert proqramı keçirilib.

06 may 2023 | 14:05

6 may 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan Şəhər Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində  Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Şəhər Uşaq Musiqi Məktəbinin direktoru Əbülfət İsmayılov və Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Yahyayeva Ulu öndər Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi, siyasi fəaliyyəti və ideyaları haqqında geniş məlumat veriblər. Vətəni, xalqı qarşısında misilsiz xidmətləri olmuş Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin ölkəmizin hər yerində, hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş şəkildə qeyd olunduğunu vurğulayıblar. Ulu Öndərin dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi olduğunu diqqətə çatdırıblar. Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin iştirakı ilə konsert proqramı ilə davam edib.

Keçidlər