Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yanında Məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsinin iclası keçirilib.
21 iyul 2023-cü il tarixdə keçirilən tədbirdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev, ŞİH-nin İstehsal və Xidmət sahələri sektorunun müdiri Ramin Qasımov, Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Asim Zeynalov, Şirvan-Salyan Regional Məşğulluq filialının müdir müavini Xəqani Məmmədov, Şirvan Bələdiyyəsinin sədr müavini Əlizamin Kərimov, Şirvan Şəhər Statistika İdarəsinin rəisi Rövşən Yolçiyev, Şirvan Şəhər Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin rəisi polis kapitanı Aqşın Məmmədli, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Samit Həsənov, 5 saylı Ərazi Vergilər İdarəsinin böyük dövlət vergi müfəttişi Zəfər Muradov, Şirvan Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin nümayəndəsi Qalib Mirzəyev, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Şirvan şəhər Komitəsinin sədri Cavid Abbasov iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planın”da görülməsi nəzərədə tutulan işlər barədə ətraflı məlumat verib. Şəhər İcra Hakimiyyəti başçısı yanında yaradılmış məşğulluğa kömək göstərən yerli əlaqələndirmə komitəsi tərəfindən əhalinin məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən danışıb. Tədbirdə Şirvan şəhər Statistika İdarəsinin rəisi Rövşən Yolçiyev, Şirvan-Salyan Regional Məşğulluq filialının müdir müavini Xəqani Məmmədov və 5 saylı Ərazi Vergilər İdarəsinin böyük dövlət vergi müfəttişi Zəfər Muradov çıxış edərək əhalinin məşğulluğunun təmin olunması istiqamətində qarşıda duran vəzifələrdən, məşğulluğla bağlı qəbul olunmuş hüquqi-normativ aktlar və işəgötürənlə işədüzələn arasında bağlanan əmək müqavilələrinin əhəmiyyətindən və qeyri-formal məşğulluğun mənfi təsirləri və onun qarşısının alınması sahəsində birgə maarifləndirmə, məlumatlandırma və təbliğat işinin həyata keçirilməsinin vacibliyi vurğulanıb. İclasda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb. Tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Mətbuat Xidməti