Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirilib 31.01.2023

31 yanvar 2023 | 15:36

31 yanvar 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. İclasda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, məsul əməkdaşları, Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, icra nümayəndələri və bələdiyyə sədrləri iştirak edib. İclası giriş sözü ilə  açan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iclas iştirakçılarını salamlayıb, ölkəmizin inkişafı və əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən danışıb. Regionların inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq Şirvan şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərindən söz açaraq, şəhərin abadlaşması və zahiri görkəminin daha da gözəlləşməsi naminə görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb. Sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şura iclasının gündəliyində duran üç məsələni şura üzvlərinin və iştirakçıların diqqətinə çatdırıb. İclasda birinci müzakirəyə çıxarılan “Birinci və İkinci Qarabağ müharibəsi veteranlarının, əlillərinin və şəhid ailələrinin sosial müdafiəsi məqsədilə 2022-ci ildə görülmüş işlər barədə" Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev geniş məruzə edib. Şəhid ailələrinin, müharibə əlillərinin Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən hər zaman diqqətdə saxlanıldığını, yaşayış şəratinin yaxşılaşdırılması məqsədilə müraciətləri əsasında 2022-ci il ərzində 9 nəfər şəhid ailəsi üzvünün, 15 nəfər müharibə əlilinin və 14 nəfər müharibə veteranının mənzil növbəsinə götürüldüyünü, dəfn və yas mərasimlərinin keçirilməsinə, məzarüstü abidəsinin inşasına və xatirə lövhəsinin quraşdırılmasına köməklik göstərildiyini, əlamətdar günlərdə şəhid məzarlarının və onların ailələrinin ziyarət olunduğunu, hər ayın sonuncu cümə axşamı günü şəhid ailələri ilə Şəhidlər Xiyabanında görüş keçirildiyini,  müraciətlərinin dinlənildiyini və aidiyyəti üzrə həll edilməsi istiqamətində tədbirlər görüldüyünü bildirib. "2022-ci ildə şura iclaslarının qərarlarının icra vəziyyəti barədə" Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Hənifə Mövlayev məlumat verərək ötən ildə Şəhər İcra Hakimiyyəti başçısı yanında keçirilmiş Şura iclaslarında müzakirəyə çıxarılan Şura məslələrini diqqətə çatdırıb və qəbul olunmuş qərarların icra vəziyyətinin mütəmadi olaraq təhlil edildiyini bildirib. 2022-ci il ərzində Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın 16 iclasının keçirildiyin və şəhər üçün mühüm əhəmiyyət kəsb edən 41 məsələnin müzakirə edildiyini qeyd edib. Şura iclaslarında qəbul edilmiş qərarlardan 63-nün nəzarət qaydasında icra olunduğunu, 106-nın isə tam icra olunduğunu vurğulayıb. "Şəhər İcra Hakimiyyətində, ŞİHB-nın icra nümayəndəliklərində vətəndaşların müraciətlərinə baxılmasının, onların qəbulunun və sənədlərlə işin vəziyyəti barədə (2022-ci ilin yekunu)" Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Aynur Vələdova məruzə  edib. Ötən dövr ərzində Şirvan Şəhər İcra Hakimiyyətində vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılmasının və onların qəbulunun qanunamüvafiq qaydada aparıldığını və qaldırılan məslələrin diqqətlə araşdırılaraq həlli istiqamətində müəyyən tədbirlər həyata keçirildiyini qeyd edib. 2022–ci il ərzində Şəhər İcra Hakimiyyətində 1044 nəfər (Şirvan Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 341 nəfər vətəndaş fərdi qaydada) vətəndaşın qəbul edildiyini, keçirilmiş 39 səyyar görüş-qəbulda 2697 nəfərin iştirak etdiyini, 257 nəfər vətəndaşın müxtəlif məsələlərlə bağlı müraciət etdiyini diqqətə çatdırıb. Daha sonra Şuranın müzakirəsinə çıxarılan məsələlər ətrafında geniş müzakirələr aparılıb, aidiyyəti idarə və müəssisələrin rəhbərləri çıxış edərək görülən işlər barədə məlumat veriblər. İlqar Abbasov nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Yekunda müzakirə olunan hər bir məsələ ilə bağlı Şura iclasının qərarları qəbul edilib.
    

 

Mətbuat xidməti

Keçidlər