Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirilib.

30 iyun 2022 | 17:29
29 iyun 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib. İclasda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, məsul əməkdaşları, icra nümayəndələri, bələdiyyə sədrləri iştirak edib.
İclası giriş sözü ilə açan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçılarını salamlayıb, ölkəmizin inkişafı və əhalinin sosial rifah halının yüksəldilməsi istiqamətində dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən danışıb. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyeva tərəfindən pandemiyaya qarşı mübarizə sahəsində atılan addımlar, verilən müdrik qərarlar sayəsində xalqımızın həmin bəladan az itkilərlə xilas olduğunu xatırladıb. Silahlı Qüvvələrin Qalib Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərlliyi ilə Müzəffər Ordumuzun torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığı 44 günlük Vətən müharibəsində qazandığı Qələbənin hər bir vətəndaşımızda qürur hissi doğurduğunu vurğulayıb. Vətənin bütövlüyü uğrundan canından keçən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib. Regionların inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq Şirvan şəhərində həyata keçirilən abadlıq-quruculuq işlərindən söz açaraq, şəhərin abadlaşması və zahiri görkəminin daha da gözəlləşməsi naminə görülən işlərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb.
Sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Şura iclasının gündəliyində duran məsələlər barədə məlumat verib. İclasda müzakirəyə çıxarılan “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın Şirvan şəhəri üzrə icra vəziyyəti barədə”, “2021-ci ildə Şirvan şəhərinin statistik göstəricilərinin təhlili barədə” Şəhər İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Məharət Mustafayev, “Uşaq və gənclər arasında sağlam həyat tərzinin və fiziki aktivliyin təbliği, idman tədbirlərinin təşviqi və zərərli vərdişlərin insan sağlamlığına mənfi təsiri ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə” Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctiami-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva, “2021-2022-ci illərin payız-qış mövsümünün yekunları və şəhər təsərrüfatının 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlığı ilə əlaqədar qarşıda duran vəzifələr haqqında” Şəhər İcra Hakimiyyəti başçısının müavini, şəhər Təsəsrüfatı şöbəsinin müdiri Orxan İbrahimov, “I və II Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması məqsədilə görülmüş işlər barədə” Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdir Elvin Balayev, “Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın 2021-ci ilin 6 ayı ərzində keçirilmiş iclaslarında qəbul olunmuş qəraralarının icra vəziyyəti barədə” Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Hənifə Mövlayev geniş məruzə ediblər.
Daha sonra Şuranın müzakirəsinə çıxarılan məsələlər ətrafında geniş müzakirələr aparılıb, İlqar Abbasov nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Yekunda müzakirə olunan hər bir məsələ ilə bağlı Şura iclasının qərarları qəbul edilib.
 
Mətbuat xidməti
Keçidlər