Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının sakinlərlə növbəti səyyar görüşü keçirilib 02.06.2023

02 iyun 2023 | 15:57

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2023-cü ilin iyun ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, 02 iyun 2023-cü il tarixində şəhərin İ.Qayıbov küçəsində sakinlərlə növbəti səyyar görüş keçirilib. Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin deputatı İltizam Yusifov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Öncə xalqımızın Ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ölkəmizdə əhalinin rifah halının yüksəldilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar, eyni zamanda, Şirvan şəhərində aparılan abadlıq-quruculuq işləri, sakinlərin rahatlığının təmin olunması, vətəndaş məmnunluğunun artırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Çağdaş dövrümüzün əsas platformaları olan sosial şəbəkələr və vətəndaş mediasının bu gün cəmiyyətin məlumatlandırılmasındakı əhəmiyyətli rolundan danışaraq, Şirvan şəhərindən olan aktiv sosial şəbəkə istifadəçilərini və vətəndaş mediası fəallarını təsdiq edilmiş qrafikə uyğun olaraq növbəti səyyar görüşlərə dəvət edib. Milli Məclisin deputatı İltizam Yusifov sakinlər tərəfindən daxil olan müraciətlərin  araşdırılaraq həlli istiqamətində şəhər rəhbərliyi ilə birgə tədbirlərin görüldüyünü, xüsusi əhəmiyyət daşıyan bir sıra problemlərlə bağlı aidiyyəti qurumlar qarşısında, Milli Məclisin iclaslarında məsələlərin qaldırıldığını vətəndaşların nəzərinə çatdırıb. Sonra qəbulda iştirak edən sakinlərin müraciətləri fərdi qaydada dinlənilib. Ünvanlanan müraciətlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həll olunub, icrası vaxt və araşdırma tələb edən məsələlərlə bağlı müvafiq tapşırıqlar verilərək, nəzarətə götürülüb. Görüşdə iştirak edən sakinlər müraciətlərinə diqqət və həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər