Şirvan Şəhər İcra Hakimiyyəti başçısının sakinlərlə növbəti səyyar görüşü keçirilib 13.06.2023
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə sakinlərlə keçirdiyi səyyar qəbul və görüşlər davam edir. İyunun 13-də Şirvan Folklor Evində sakinlərlə növbəti görüş keçirilib. Görüşdə Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Öncə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, şəhər ərazisində həyata keçirilən abadlıq-quruculuq, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verərək, şəhərin növbəti 5 il (2024-2028-ci illər) üçün nəzərdə tutulmuş “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf konsepiyasından və konsepsiyada nəzərdə tutulmuş tədbirlərdən danışıb. Sonra sakinlərin müraciətləri dinlənilib və onları narahat edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb. Görüşdə iştirak edən sakinlər müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.