Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın uşaqların təhsildən yayınmasına təsir göstərən əsas amillərin müzakirəsinə həsr olunmuş növbəti iclası keçirilib.

02 noyabr 2023 | 15:38

1 noyabr 2023-cü tarixində Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyevanın sədrliyi ilə keçirilən iclasda şəhərin  ümumtəhsil müəssisələrinin müəllim və psixoloqları, eləcə də aidiyyəti üzrə məsul şəxslər iştirak ediblər.

Qeyd edilib ki, uşaqların təhsildən yayınmasına təsir göstərən əsas səbəblərin aradan qaldırılması istiqamətində həm qanunvericilikdə, həm də inzibati sahədə tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Xüsusilə məktəblərdə valideyn-müəllim assosiasiyalarının fəaliyyətinin gücləndirilməsi, valideynlə müəllim arasında səmərəli əməkdaşlığın və məlumat mübadiləsinin gücləndirilməsi, məktəb psixoloqlarının fəaliyyətinin artırılması və uşaqların bu xidmətdən istifadəsinə zəruri şəraitin yaradılması, məktəb ərazisinə yaxın yerlərdə internet klublarının və digər əyləncə obyektlərinin fəaliyyətinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirlərin görülməsinin vacibliyi vurğulanıb.

Sonra mövzu ətrafında geniş müzakirələr aparılıb, təkliflər dinlənilib.

 

#Təhsil #Məktəb

#ŞirvanŞİH

Keçidlər