Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətində Çernobıl əlilləri ilə görüş keçirilib.

26 aprel 2024 | 18:01

Aprelin 26-da Çernobıl faciəsinin 38-ci ildönümü münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov faciədən zərər çəkən şəhər sakinləri ilə görüşüb.

Görüşdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Çernobıl faciəsinin törətdiyi fəsadlardan danışıb, xatırladıb ki, 1986-cı ildə Çernobıl AES-dəki faciə qurbanlarına yardıma tələsən minlərlə azərbaycanlı xilasedici ağır radiasiyaya məruz qaldı. Yüksək şüalanmaya məruz qalan bu insanlar sonradan müxtəlif xəstəliklərə tutuldular. 1993-cü ildə xalqımızın Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdandan sonra Çernobıl qəzası zamanı zərər çəkənlərə diqqət və qayğı göstərilməsi barədə sərəncam imzaladı. Onların müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilməyə başlanıldı, pensiya və müavinətlər təyin olundu.

Həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Çernobıl əlillərinin sosial durumunun yaxşılaşdırılması, onların statusunun müəyyənləşdirilməsi və sosial problemlərinin həlli sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.

Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Çernobıl əlillərinin müraciət və təkliflərini dinləyib və qaldırılan müxtəlif məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin Şirvan şəhər filialının sədri Tofiq Məlikov Çernobıl əlilləri adından göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, qəza nəticəsində əlil olan sakinlərin qayğı və problemlərinə daha diqqətlə yanaşmaq, onlara mütəmadi olaraq maddi və mənəvi kömək göstərilməsini davam etdirmək məqsədilə,  Çernobıl faciəsinin 38-ci ildönümü ilə əlaqədar 62 nəfər Çernobıl əlilinə şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə maddi köməklik göstərilib.

Keçidlər