Şirvan Şəhər İcra Hakimiyyətində dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi mövzusunda tədbir keçirilib.
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 3696 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın 2023−2025-ci illərdə icrası üzrə Fəaliyyət Planı”na əsasən Şirvan Şəhər İcra Hakimiyyətində dövlət qulluğu sahəsində beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi mövzusunda tədbir keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə çıxış edən şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Aynur Vələdova və “Shirvan Operating Company Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Analitik İnformasiya Mərkəzinin rəisi Taleh Məmmədov dövlət qulluğu, o cümlədən xarici ölkələrin aidiyyəti qurumları ilə əməkdaşlığın genişləndirilməsi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və dövlət qulluqçularının təcrübə mübadiləsinin təmin edilməsi istiqamətində görülmüş və nəzərdə tutulan işlərdən danışıblar.