14 fevral 2023-cü il tarixdə Şəhər İcra Hakimiyyətində ictimai-siyasi və humanitar sahədə şəhərdə həyata keçirilən işlər müzakirə olunub..
14 fevral 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətində növbəti aparat müşavirəsi keçirilib. Müşavirədə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri və icra nümayəndələri iştirak edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov müşavirəni giriş sözü ilə açaraq, Şirvan şəhərində son zamanlarda aparılan abadlıq-quruculuq işlərindən, yeni infrastruktur layihələrinin icrasından, qarşıda duran vəzifələrdən danışıb. Dövlət başçısı tərəfindən 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev ili” elan olunması ilə əlaqədar şəhər ərazisində həyata keçiriləcək tədbirlər barədə tapşırıq və tövsiyələrini verib. Yeni mövsümün gəlişinə hazırlıqla bağlı parklarda, xiyabanlarda, məhəllələrdə aparılan təmizlik, səliqə-sahman, təmir-bərpa işlərinin əhali tərəfindən müsbət qiymətləndirildiyini bildirib və bundan sonra da davam etdiriləcəyini qeyd edib. Sonra ötən aparat müşavirəsində verilən tapşırıqların icrası istiqamətində görülmüş işlər barədə Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva məlumat verib. Şöbənin öz fəaliyyətini Azərbaycan Respunlikasının Qanunları, Dövlət başçısının Fərman və Sərəncamları, İcra Hakimiyyəti haqqında Əsasnamənin müddəaları, Tədbirlər Planı və Şirvan Şəhər İcra Hakimiyyəti başçısının verdiyi tapşırıq və tövsiyələr əsasında qurduğunu, hər 6 aydan bir ictimai-siyasi vəziyyətlə bağlı geniş arayışın hazırlanıb təqdim edildiyini bildirib. Şirvan şəhərinin Türkiyə Respublikasının Etimesgut, Manisa bələdiyyələri ilə qardaşlaşdığını, Şirvan Şəhər Bələdiyyəsi və Şəhər İcra Hakimiyyətinin mədəniyyət və incəsənət nümayəndələrindən ibarət qrupun ötən ilin yay aylarında Türkiyə Respublikasının Ankara şəhərinin Etimesgut bələdiyyəsinə səfər etdiyini qeyd edib. Şəhərdə keçirilən ictimai-siyasi, mədəni-kütləvi tədbirlərlə yanaşı son illərdə şəhər ərazisində aparılan genişmiqyaslı abadlıq-qururculuq işlərinin, keçirilən səyyar qəbul-görüşlərin və əldə olunan digər uğurların dövrü mətbuatda, kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə faktlar əsasında geniş işıqlandırılmasının, əhalinin məlumatlandırılması işinin yüksək səviyyədə təşkil edildiyini vurğulayıb. 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və Ulu öndərin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Şəhər İcra Hakimiyyəti tərəfindən geniş Tədbirlər Planının hazırlandığını, Plana uyğun olaraq Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilən silsilə tədbirlərin keçirilməsi istiqamətində zəruri təşkilatı işlərin görüldüyünü qeyd edib. “Heydər Əliyev İli” ilə bağlı yerli idarə, müəssisə və təşkilatlarda müxtəlif tədbirlərin, müsabiqələrin, sərgilərin, konsert proqramlarının və idman yarışlarının, dəyirmi masa və seminarların keçirilməsi, Şəhər ərazisində quraşdırılmış poster və banerlərin yenilənməsi, monitorlarda Ulu öndər Heydər Əliyevdən bəhs edən videoçarxların nümayiş üçün hazırlandığını diqqətə çatdırıb. Şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda “Heydər Əliyev İli”nə həsr edilmiş bədii tərtibat işlərinə, şüar və plakatların yenilənməsinə, Ulu öndər Heydər Əliyevin adını daşıyan meydanda və Heydər Əliyev adına parkda əsaslı təmir işlərinin aparılmasına başladığını vurğulayıb. Verilən tapşırıqların diqqətdə saxlanıldığını və aidiyyəti təşkilatlarla birlikdə müvafiq tədbirlərin görüldüyünü bildirib. Sonra hesabat ətrafında geniş müzakirələr aparılıb, aidiyyəti idarə və müəssisələrin rəhbərləri çıxış edərək görülən işlər və çətinliklər barədə məlumat veriblər. Sonda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Mətbuat xidməti