Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətində İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

01 aprel 2026 | 17:44

Aprelin 1-də dövlət orqanlarında ictimai iştirakçılığın tətbiqinin genişləndirilməsi, Şuranın fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

Görüşdə şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şuranın üzvləri, şəhərdə fəaliyyət göstərən vətəndaş cəmiyyəti inistitutlarının nümayəndələri iştirak ediblər.

Görüşdə çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva qeyd edib ki, bu gün dövlət qurumlarının fəaliyyətində ictimai iştirakçılığın genişlənməsi ölkəmizdə uğurlu hüquqi dövlət və demokratik cəmiyyət quruculuğunun mühüm təzahürlərindən biridir.

Şuranın fəaliyyətində şəhər ziyalıları və sakinlər ilə daha sıx təmasın faydasını vurğulayaraq, aktuallıq kəsb edən məsələlərə, şəhərdə aparılan abadlıq-quruculuq, ekoloji maarifləndirmə və sosial-infrastruktur layihələrinin icrası ilə əlaqədar görülən işlər barədə vətəndaşların müntəzəm olaraq məlumatlandırıldığını diqqətə çatdırıb.

Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Fəxrəddin Rəhimov çıxış edərək, qeyd edib ki, şəhər İcra Hakimiyyəti yanında İctimai Şura öz fəaliyyəti ilə ictimaiyyətlə effektiv dialoqun qurulmasına, eləcə də ictimai iştirakçılıq indeksinin artırılmasına və müzakirələrin daha da genişləndirilməsinə mühüm töhfə verir.

Fəxrəddin Rəhimov iclas iştirakçılarına əvvəlki görüşdə qaldırılan məsələlərin həlli ilə bağlı görülən işlərdən danışıb, bildirib ki, iclasda qaldırılmış problemlər, verilən təkliflər şəhər İcra Hakimiyyətinə çatdırılmış, həmin məsələlərin bir qismi həll edilmiş, digər məsələlər Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuşdur.

İctimai Şuranın üzvləri çıxış edərək şuranın fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüblər.

Keçidlər