Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətində “Kənd təsərrüfatının siyahıyaalınmasına yardım komissiyası”nın iclası keçirilib.

12 mart 2025 | 14:30

Martın 11-də  Şirvan şəhərində 2025-ci ildə kənd təsərrüfatınının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə əlaqədar “Kənd təsərrüfatının siyahıyaalınmasına yardım komissiyası”nın iclası keçirilib.

İclasda Komissiyanın sədri, sədr müavini və komissiya üzvləri iştirak ediblər.

İclasda Komissiyanın sədri Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Məharət Mustafayev, Komissiyanın sədr müavini, Şirvan Şəhər Statistika İdarəsinin rəisi Rövşən Yolçuyev tərəfindən Şirvan şəhər ərazisində kənd təsərrüfatınn siyahıyaalınması ilə əlaqədar hazırlıq və onun keçirilməsi üzrə tədbirlərin vaxtında və mütəşəkkil yerinə yetirilməsi, qarşıya çıxan çətinliklərin operativ surətdə aradan qaldırılması, siyahıyaalınmaya cəlb olunacaq təlimatçı-nəzarətçilərin və sayıcıların informasiya-kommunikasiya texnologiyalarından istifadə bacarıqlarına malik olan şəxslərdən müəyyənləşdirilməsi və bununla bağlı digər tədbirlərin təmin olunması barədə müvafiq tapşırıqlar verilib.

İclas komissiya üzvlərinin mövzu ətrafında geniş müzakirələri ilə davam edib.

Keçidlər