Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətində növbəti aparat müşavirəsi keçirilib.

07 fevral 2023 | 19:40
7 fevral 2023-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətində növbəti iclası keçirilib. Müşavirədə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şöbə müdirləri, məsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərləri, icra nümayəndələri iştirak edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov müşavirəni giriş sözü ilə açaraq, Regionların inkişafı üzrə dövlət proqramlarına uyğun olaraq Şirvan şəhərində həyata keçirilən tədbirlərdən, abadlıq-quruculuq işlərindən, küçə və prospektlərin asvaltlanmasından, işıqlandırılmasından, zirzəmilərin çirkab sulardan təmizlənməsindən, abad məhəllərin yaradılmasından, park və yaşıllıq zolaqlarının salınmasından danışıb. 2023-cü ilin “Ulu öndər Heydər Əliyev ili” elan olunması və Şirvan şəhərinin 60 illiyinin qeyd edilməsi ilə əlaqədar bir sıra önəmli layihələrin və ümumşəhər tədbirlərinin keçiriləcəyini diqqətə çatdırıb.
Ötən aparat müşavirəsində verilən tapşırıqların icrası ilə bağlı Şəhər təsərrüfatı şöbəsi tərəfindən görülmüş işlər barədə Şəhər İcra Hakimiyyəti başçısının müavini Orxan İbrahimov məruzə edib. Bildirib ki, verilən tapşırıqlar diqqətdə saxlanılır və aidiyyəti təşkilatlarla birlikdə müvafiq tədbirlər görülür. Yaşıllaşdırma Təsərrüfatı İdarəsi tərəfindən fəvvarələrin düzgün işləməsinə və təmizlənməsinə və suların dəyişdirilməsinə nəzarət olunur. Qeyd edib ki, zirzəmilərdə təmizliyə nəzarət olunması ilə bağlı sahə rəisləri ilə görüş keçirilib, müvafiq tapşırıqlar verilib, Mənzil Təsərrüfatı İdarəsi tərəfindən zirzəmilərin giriş qapılarına və nəfəsliklərinə metal barmaqlıqlar quraşdırılır. Köhnə şəhər dairəsində üzlük işlərinin təmin edilməsi işı Kommunal Kombinatı Müəssisəsi tərəfindən başa çatdırılıb. 112 küçədə işıqlandırma işləri başa çatıb. “Özbaşına tikintilərə qarşı mübarizə və məhkəmədənkənar torpaq mübahisələrinin həlli” üzrə Komissiyanın iclasının keçirilməsi və fəallığının artırılması istiqamətində Komissiya üzvləri tərəfindən əraziyə mütəmadi baxış keçirilir. Ağacların budanması və rənglənməsi işi Yaşıllaşdırma Təsərrüfatı İdarəsi tərəfindən davam etdirilir. Mənzil Təsərrüfatı İdarəsi və Kommunal Kombinatı Müəssisəsi tərəfindən iri daş, beton və kötüklərin, köhnə avtomobil hissələrinin, məişət əşyalarının yığışdırılması və məişət tullantıları poliqonunun vəziyyəti nəzarətdə saxlanılır. 20 yanvar 2023-cü il tarixdən poliqonda xüsusi təyinatlı texnika vasitəsilə tullantıların təmizlənməsi və torpaqlanması işi aparılır.
Sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb, aidiyyəti idarə və müəssisələrin rəhbərləri çıxış edərək görülən işlər və çətinliklər barədə məlumat veriblər.
Aparat müşavirəsinin sonunda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov problemlərin aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
 
 
Mətbuat xidməti
Keçidlər