Şirvan Şəhər İcra Hakimiyyətində ötən dövr ərzində görülmüş işlər müzakirə edilib.
14 mart 2023-ci il tarixdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, Şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin, məsul əməkdaşlarının, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində xeyli işlər görüldüyünü, abadlıq-quruculuq işlərinin aparıldığını, su-kanalizasiya sisteminin yenidən qurulması, daxili avtomobil yollarının çəkilişi, küçələrin işıqlandırılması işlərinin davam etdirildiyini, nümunəvi məhəllələrin, yaşıllıqların salındığını qeyd edib. Sonra Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Aynur Vələdova fərman və sərəncamların icra vəziyyəti, “Rəqəmsal İcra Hakimiyyəti” portalında vətəndaşların qeydiyyatı, səyyar qəbullarda qaldırılan məsələlərin aidiyyəti üzrə həlli ilə bağlı məlumat verib. Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Hənifə Mövlayev ötən iclasda verilmiş tapşırıqların şöbə tərəfindən icrası barədə danışıb. “Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın 2023-cü il üçün İş Planı”na uyğun olaraq cari ilin yanvar və fevral aylarında müzakirə edilmiş məsələlərin protokollaşdığını, mart ayında Şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın iclasında 3 məsələnin müzakirəyə çıxarılacağı qeyd edib. Şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli Sahə, Bayramlı qəsəbə, Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən görülmüş işlərdən danışıb. 01 dekabr 2022-ci il tarixdən hər bir ev təsərrüfatı gəzilərək uçotun aparılmasına, əldə olunmuş məlumatların elektron informasiya sisteminə və təsərrüfatbaşına uçot kitablarına işlənilməsinə başlanıldığını, işlərin 3 aprel tarixinədək yekunlaşdırılacağını bildirib. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq, bu günədək 58 şəhid ailəsinin, 78 nəfər Qarabağ müharibəsi əlilinin Şirvan Şəhər İcra Hakimiyyətində yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota alındığını və güzəştli şərtlərlə yaşayış sahəsi ilə təmin edilmək hüququna malik olan şəxslərin siyahısına daxil edildiyini diqqətə çatdırıb. Şəhər İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri Şaiq Şıxəliyev ticarət və xidmət obyektlərinin reklam yazlılarının səliqəsinə və məzmununa nəzarətin gücləndirildiyi, müəyyən olunmamış yerlərə və dayanacaqlara vurulan elan və reklamların qarşısının alınmasının diqqətdə saxlanıldığı barədə məlumat verib. Şəhər ərazisində ticarət və digər qeyri-yaşayış obyektlərinin qarşısında “Yaşıl guşələr”in yaradılması ilə bağlı Şəhər İcra Hakimiyyətinin sərancamının icrası ilə əlaqədar işlərə başlanıldığını qeyd edib. Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydaları”na uyğun olaraq, 400 ədəd ünvan lövhələrinin hazırlanıb yaşayış binalarının üzərinə quraşdırıldığını, əlavə olaraq, şəhid adlarına olan 16 küçənin ünvan lövhələrinin hazırlanaraq küçələrə vurulduğunu diqqətə çatdırıb. Bayramlı qəsəbəsində M.Ə.Sabir küçəsində ərazisi 1981 kv.m olan abad məhəllənin salınması üçün layihənin hazırlandığını vurğulayıb. Sonra geniş müzakirələr aparılıb, aidiyyəti idarə və müəssisələrin rəhbərləri çıxış edərək görülən işlər və çətinliklər barədə məlumat veriblər. Sonda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov nöqsanların aradan qaldırılması və nəzərdə tutulan məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.
Mətbuat xidməti