Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətində şəhərdə 6 ayda görülmüş işlər və qarşıda duran məsələlər müzakirə olundu

31 iyul 2023 | 22:20

31.07.2023-cü il tarixində Şirvan Şəhər İcra Hakimiyyətində keçirilən iclasda Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, əlaqədar təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak edib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə çıxışının mühüm məqamlarından danışıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini qeyd edərək, Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf konsepiyası barədə məlumat verib. Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin uğurlu icrası Şirvan şəhərinin sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcının qoyulmasında, şəhərin daha da müasirləşməsində, kommunal, xidmət və sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin artırılmasında əhəmiyyətli rol oynayacağını bildirib. İlqar Abbasov qeyd edib ki, ölkədə aparılan uğurlu islahatlar şəhərimizin iqtisadiyyatında da əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuş, dinamik iqtisadi inkişaf təmin edilmişdir. Belə ki, 2023-cü ilin 6 ayı ərzində ümumi məhsul buraxılışı 360 milyon 604,7 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz çoxdur. Ümumi məhsul buraxılışında xüsusi çəkiyə malik olan sənaye sahələrində məhsul istehsalı və xidmətlərin göstərilməsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 255 milyon 843,5 min manat olmuşdur. Hesabat dövründə sənaye sahələrində istehsal olunmuş məhsulun, göstərilmiş xidmətlərin 57,0 faizi və ya 145 milyon 744.8 min manatı dövlət, 43,0 faizi və ya 110 milyon 98,7 min manatı isə qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən yerinə yetirilmişdir. Şirvan şəhərində hər işçiyə hesablanmış orta aylıq əmək haqqının 770,9 manat təşkil etdiyini, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14.4 faiz artdığını, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsu ilə “Bizim həyət” layihəsi çərçivəsində üçüncü həyətin müasir memarlıq üslubunda abadlaşdırıldığını, küçə və prospektin işıqlandırıldığını vurğulayıb. Hər ayın sonuncu həftəsinin cümə axşamı aidiyyəti qurumların nümayəndələri ilə Şirvan  Şəhidlər Xiyabanında şəhid məzarlarının ziyarət edildiyini, “Şəhid Anası” memorial abidə kompleksinin önündə şəhid ailələri ilə görüşlərin keçirildiyini, onların qayğıları ilə maraqlandığını, Vətən müharibəsi şəhidlərinin xatirəsinin daim əziz tutulduğunu, adlarının əbədiləşdirildiyini, şəhərin mərkəzində  quraşdırılmış müasir tipli monitorda Şirvan şəhidlərinin fotoları, avtobioqrafiyaları, döyüş yolu və xidmətləri barədə məlumatların mütəmadi təbliğ edildiyini qeyd edib. Ötən dövr ərzində şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 24 səyyar qəbul-görüşdə 2451 nəfərin iştirak etdiyini, vətəndaşlar tərəfindən qaldırılan müxtəlif təklif və problemlərin həll edildiyini bildirib. Hesabat dövründə Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 9 mövzuda müxtəlif tədbir, toplantı və görüşün, Ulu öndərin adını daşıyan meydanlarda, parklarda mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə 4 mədəni-kütləvi tədbirin təşkil edildiyini, Ümummilli liderin anadan olmasının 100 illiyi ilə əlaqədar müxtəlif sərgilər, konsert proqramları və  ağacəkmə aksiyalarının keçirildiyini bildirib. Sonra müzakirələrdə çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavinləri Məharət Mustafayev, Aynur Fərzəliyeva və digərləri bu ilin birinci yarısında şəhərdə sosial-iqtisadi, ictimai-siyasi sahədə görülmüş işlərdən danışaraq, mövcud problemlərin həlli ilə bağlı təkliflərini bildiriblər. Şəhərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin, həyata keçirilən  infrastruktur layihələrin şirvanlılar tərəfindən rəğbətlə qarşılandığını qeyd ediblər.

Keçidlər