Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı 13 nömrəli tam orta məktəbdə şəhər sakinləri ilə görüş keçirib.
16 iyun 2022 | 17:52
Şirvan Şəhər İcra Hakimiyyətində təsdiq edilmiş qrafikə uyğun olaraq 16 iyun 2022-ci il tarixdə 13 nömrəli tam orta məktəbin akt zalında vətəndaşlarla növbəti səyyar görüş keçirilib.
Görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Görüşdən öncə Şəhər İcra Hakimiyyətinin başçısı və Şəhər İcra Hakimiyyətinin müavinləri məktəbin foyesində “Şuşa ili”nə həsr edilmiş məktəblilərin əl işlərindən ibarət sərgi ilə, məktəbin məzunu, Vətən müharibəsinin şəhidi Royal Məmmədovun adının verildiyi sinif otağı ilə tanış olublar. Royalın şəxsi əşyalarından, döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra təltif olunduğu medallardan, əsgər formasından, onun və digər Şirvan şəhidlərinin şəkillərindən ibarət guşələr qonaqlarda dərin təəssüratlar yaradıb. Məktəbin direktoru Aynurə Rzayeva bu otaqda “Zəfər tarixi” dərsinin keçildiyini və məktəbin şagirdlərinin vətənpərvər ruhda tərbiyyəsində mühüm rol oynadığını bildirib
Səyyar görüşün əvvəlində ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov görüş işirakçılarını salamladıqdan sonra, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbədən, əsgər və zabitlərimizin şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edərək, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərə şəfa diləyib. Bir gün əvvəl ölkəmizdə Qurtuluş Gününün silsilə tədbirlərlə geniş qeyd edildiyini, 29 il əvvəl xalqın təkidi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının dövlət müstəqilliyimizin itirilməsinin, ölkəmizin parçalanmasının, vətəndaş müharibəsinin qarşısını aldığını, 15 iyunun tariximizdə mühüm yer tutduğunu qeyd edib. Ümummili liderin siyasi davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Qalib Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun 2020-ci ilin sentyabrın 27-də başladığı 44 günlük müharibə öz döyüş taktikalarına, əsgər və zabitlərimzin göstərdikləri qəhrəmanlıq nümunələrinə görə müharibə tarixində yeni iz açdığını vurğulayıb. Azərbaycanın ədalətli mövqeyinin və həqiqətlərinin beynəlxalq aləmdə geniş təbliğ edilməsində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Leyla xanımın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən keçirilən tədbirlərdən, beynəlxalq humanitar forumlardan, dünyanın dini liderlərinin Bakıda keçirilən görüşündən danışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarlarının icrası barədə ətraflı məlumat verib. İki il müddətində pandemiyanın yaratdığı çətinliklərdən, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərindən, yeni modul tipli xəstəxanaların yaradılmasından, səhiyyə ocaqlarının müasir tibbi avadanlıqlarla təchiz edilməsindən, xüsusilə vaksinasiyanın uğurla həyata keçirilməsindən bəhs edib. Koronavirus infeksiyasına qarşı mübarizədə və Vətən müharibəsində yaralıların müalicəsində göstərdikləri fəadakarlıqlara görə səhiyyə işçilərinin əməyini xüsusi vurğulayıb. Şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində göstərilən diqqət və qayğının Şirvan şəhərində də uğurla həyata keçirildiyini söyləyib. Hər ayın sonuncu cümə axşamı Şəhidlər Xiyabanında şəhid ailələri ilə görüşlər keçirildiyini, onların problemləri ilə vaxtaşırı maraqlanıldığını bildirib. Şəhər ərazisində genişmiqyaslı tikinti, abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, park və yaşıllıq zolaqlarının salındığını, mərkəzi və məhəllədaxili yolların asfaltlandırıldığını, küçələrin işıqlandırıldığını, su təchizatının və kanalizasiya sisteminin yenidən qurulduğunu, bir sıra sosial layihələrin reallaşdığını diqqətə çatdırıb. Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkının yenidən qurulmasının, İDEA İctimai Birliyinin “Bizim həyət” layihəsi əsasında Bakıdan kənarda ilk dəfə Şirvanda abad məhəllələrin yaradılmasının şəhər sakinlərinin və qonaqların səmərəli istirahətinə xidmət etdiyini qeyd edib. Dövlət səviyyəsində görülən işlərin, atılan addımların hər birinin vətəndaş məmnunluğunun artırılmasına, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə xidmət etdiyni söyləyib.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib. Vətəndaşların müraciətləri əsasən mənzil, işsizlik, torpaq sahəsinin sənədləşməsi, xəstəlik, əlilliyin təyin olunması və digər msəələrlə başlı olub.
Görüşdə iştirak edən şəhər sakinləri səyyar görüşlərin təşkilinə və onların problemlərinin həlinə yaradıaln şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti