Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı 4 nömrəli tam orta məktəbdə şəhər sakinləri ilə görüş keçirib.

31 may 2022 | 11:08
Şirvan Şəhər İcra Hakimiyyətində təsdiq edilmiş qrafikə uyğun olaraq 31 may 2022-ci il tarixdə 4 nömrəli tam orta məktəbin akt zalında vətəndaşlarla növbəti səyyar görüş keçirilib.
Görüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şəhər İcra Hakimiyyəti başçısının müavinləri, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Qəbuldan öncə Şəhər İcra Hakimiyyətinin başçısı məktəbdə yaradılan “Hərb tariximizdən”, “Azərbaycan generalları”, “Heydər Əliyev və milli ordu quqruculuğu” guşələri ilə tanış olub.
Səyyar görüşün əvvəlində ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov pandemiya təhlükəsi başa çatdıqdan sonra İcra Hakimiyyəti aparatının rəhbər işçiləri tərəfindən vətəndaşların qəbulu ilə yanaşı mövcud problemlərin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədi ilə qrafik əsasında mütəmadi səyyar görüşlərin keçirildiyi barədə məlumat verib. Dövlət başçısı cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində ölkəmizin əldə etdiyi uğurlardan danışaraq, bu uğurların xalqımızın ən ümdə arzularının gerçəklənməsinə, hər bir Azərbaycan vətəndaşının xoş rifahına xidmət etdiyini diqqətə çatdırıb. Dünyanın dini liderlərinin Bakıda keçirilən Zirvə görüşündən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasından, Heydər Əliyev Fondunun Prezidenti, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın xarici ölkələrdə keçirdiyi tədbirlərdən, humanitar forumlardan, Qoşulmama Hərəkatından danışıb. Müxtəlif dinlərə və inanclara mənsub insanların və etnik qrupların sərbəst yaşaması üçün Azərbaycanda dünyaya örnək göstərilən tolerant və multikultural mühit olduğunu qeyd edib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən, əsgər və zabitlərimizin şücaətindən, Türkiyə dövlətinin Azərbaycana dəstəyindən bəhs edib. Bu günlərdə Bakıda keçirlən “TEKNOFEST Azərbaycan” festivalının Türkiyə-Azərbaycan birliyinin növbəti nümayişi, təzahürü olduğunu bildirib. İşğaldan azad olunmuş ərazilərdə aparılan nəhəng quruculuq işlərinin dövlət başçısının uğurlu siyasi kursunun bəhrəsi olduğunu xüsusi vurğulayıb. Ölkəmizin hər bir bölgəsində olduğu kimi Şirvan şəhərində də geniş tikinti, abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, mərkəzi və məhəllədaxili yolların asfaltlandırıldığını, küçələrin işıqlandırıldığını, su təchizatının və kanalizasiya sisteminin yenidən qurulduğunu, bir sıra sosial layihələrin reallaşdığını diqqətə çatdırıb. Dövlət səviyyəsində görülən işlərin, atılan addımların hər birinin vətəndaş məmnunluğunun artırılmasına, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə xidmət etdiyni söyləyib.
Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq, həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə həlli ilə bağlı aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüşdə iştirak edən şəhər sakinləri ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
 
Mətbuat xidməti
 
Keçidlər