Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Anım Günü” ərəfəsində Vətən müharibəsi əlillərini və şəhid ailələrini ziyarət edib.

23 sentyabr 2025 | 15:50

Sentyabrın 23-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan Bələdiyyəsinin sədri İlham Səfərov, SHXÇDX-nin Şirvan şəhər şöbəsinin rəisi vəzifəsini icra edən Ənvər Zərbəliyev, şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva 27 sentyabr - Anım Günü ərəfəsində ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canlarından keçmiş Şirvan şəhərindən olan Vətən müharibəsi şəhidlərinin ailələrini və müharibə əlillərini ziyarət ediblər.

Ziyarət zamanı şəhid və qazilərimizin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, qəhrəmanlıqlarının tariximizdə əbədi yaşayacağı vurğulanıb.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələri və müharibə əlillərinin qayğıları ilə maraqlanıb, qaldırdıqları məsələlərin nəzarətdə saxlanacağını və həlli məqsədilə müvafiq tədbirlərin görüləcəyini bildirib.

Şəhid ailəsi üzvləri və müharibə əlilləri göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını ifadə ediblər.

Keçidlər