Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşüb.
30 dekabr 2025 | 15:49
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə şəhid ailərinin üzvlərini, müharibə iştirakçılarını və bütün şirvanlıları ürəkdən təbrik edib, cansağlığı, xoş əhval-ruhiyyə və sevincli günlər arzulayıb. Möhtərəm Prezidentimiz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin əldə edilməsində xalqımızın göstərdiyi birlik və həmrəyliyin bütün dünyaya sübut olunduğunu diqqətə çatdırıb.
Görüşdə iştirak edən şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci-vitse prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.






