Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Hacıqəhrəmanlı qəsəbəsində sakinlər ilə səyyar qəbul-görüş keçirib.
28.07.2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Hacıqəhrəmanlı qəsəbəsində sakinlərlə görüş olub. Görüşdə Milli Məclisin deputatı İltuzam Yusifov, Şirvan Şəhər İcra Hakimiyyətinin başçısının müavinləri, Şəhər İcra Hakimiyyətinin şöbə müdirləri və məsul əməkdaşları, xidmət təşkilatlarının rəhbərləri iştirak edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov öncə görüş iştirakçılarını salamlayıb. Sonra Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə yerlərdə səyyar qəbul-görüşlərin keçirildiyini bildirib. Lakin koronavirus infeksiyasının geniş yayıldığı pandemiya dövründə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Operativ Qərargahının qərarı ilə fərdi və kollektiv formada qəbulların, görüşlərin müvəqqəti dayandırıldığını, lakin bu ilin mart ayından xüsusi karantin rejiminin qaydalarının yumşaldılmasından sonar ölkə başçısının tapşırığı ilə yenidən belə səyyar qəbul-görüşlərin yenidən bərpa olunduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti Qalib Ali Bş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin erməni təxribatlarına və təcavüzünə qarşı əks-hücum əməliyyatlarından, ölkədə həyata keçirilən qismən səfərbərlik zamanı Şirvan şəhərindən də min nəfərədək hərbi ixtisaslı gənclərin döyüşlərə cəlb edildiyindən, onlardan 23 nəfərin şəhid olduğundan, 100 nəfərdən çox şirvanlı əsgər və zabitin yaralanmasından danışıb. Vətən müharibəsində ordumuzun və xalqımızın möhtərəm prezidentimiz cənab İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməsindən , Ali Baş Komandan kimi orduya uğurlu rəhbərliyindən, dünyanın 30-dan artıq ən nüfuzlu televiziya kanallarına verdiyi müsahibələrlə ölkəmizə qarşı qərəzli mövqeyi ilə seçilən dövlət başçılarını və beynəlxalq qurumların rəhbərlərini susdurduğundan, Azərbaycanın haqq sözünü, ədalətli mövqeyini dünyaya çatdıran dövlət başçısının və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevayanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın məqsədyönlü fəaliyyətlərinin mühüm məqamlarından bəhs edib. Ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də geniş abadlıq, quruculuq işlərinin aparıldığını, küçələrin işıqlandırıldığını, su təchizatı və kanalizasiya sisteminin yenidən qurulduğunu, sosial layihələrin uğurla həyata keçirildiyini, Şirvan Şəhidlər Xiyabanında şəhid analarının şərəfinə “Şəhid Anası” memorial abidə kompleksinin yaradıldığını, şəhərin mərkəzi meydanında quraşdırılmış monitorda I və II Qarabağ müharibəsində qəhrəmancasına həlak olan şəhidlərin fotoşəkillərinin və barələrində məlumatların mütəmadi təbliğ edildiyini qeyd edib. Hər ayın sonuncu cümə axşamı Şirvan Şəhidlər Xiyabanında şəhid məzarlarının ziyarət olunduğunu, “Şəhid Anası” memorial abidə kompleksi önündə şəhid ailələri ilə görüşlərin keçirildiyini vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində paytaxdan kənarda ilk dəfə olaraq Şirvan şəhərində iki nümunəvi məhəllənin salındığını, M.Füzuli adına Mədəniyyət və İstirahət parkının əsaslı təmir edildiyini, parkda yeni “Zəfər” və “Qarabağ” xiyabanının salındığını, Qarabağ döyüşlərində qəhrəmanlıq nümunələri göstərən əsgər və zabitlərimizin şərəfinə “Zəfər” abidəsinin ucaldıldığını, şəhər ərazisində su-kanalizasiya sisteminin yenidən qurulduğunu, genişmiqyaslı abadlıq, quruculuq işlərinin aparıldığını qeyd edib. Dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə göstərilən diqqət və qayğının bundan sonra da yerlərdə də davam etdiriləcəyini bildirib. Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.Dövlət səviyyəsində görülən işlərin, atılan addımların vətəndaş məmnunluğunun artmasına, əhalinin sosial rifah halının yaxşılaşmasına xidmət etdiyini bildirib.
Görüşdə Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək dövlət büdcəsinin sosial yönümlü olmasından, şəhid ailələri və qazilərə göstərilən dövlət qayğısından, qazilərin müalicəsi üçün görülən tədbirlərdən, işğaldan azad edilən şəhər və rayonlarda aparılan quruculuq işlərindən, Şuşada keçirilən beynəlxalq səviyyəli tədbirlərin önəmindən, bir deputat kimi seçicilərin müraciətlərinə həssaslıqla yanaşmasından danışıb.
Sonra sakinlərin müraciət və problemləri dinlənilib, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər qəbuldan razı qalıb, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti