Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov idmançıları və intellektual bilik yarışının qaliblərini Fəxri fərmanla təltif edib.

18 noyabr 2022 | 17:57

18 noyabr 2022-ci il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov beynəlxalq idman yarışlarında uğurlu nəticələr əldə etmiş idmançıları və Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Nə?, Harada?, Nə zaman?” intellektual bilik yarışında 2-ci yerə layiq görülmüş Şirvan şəhər komandasının üzvlərini qəbul edib. Çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Fərzəliyeva bildirdi ki, Şirvan şəhər idmançılarının uğurları 2022-ci ildə də davam etmişdir. Belə ki, Cabbarov Fərid Elşən oğlu çimərlik güləşi üzrə dünya və Avropa çempionu adına, Nəsirov Əbülfəz Səbuhi oğlu Türkiyənin Bursa şəhərində keçirilən IV Dünya Köçəri Oyunlarının pəhləvan güləşi yarışında I yerə, Hüseynov Mehman Hüseynbala oğlu universal döyüş üzrə Avropa çempionatında I yerə, Hüseynov Cəlal Hakim oğlu V İslam Həmrəyliyi Oyunlarında futbol üzrə yığma komandanın tərkibində III yerə, Əlizadə Zəhra İlkin qızı və Əlizadə Hüsniyyə İlkin qızı bədii gimnastika üzrə Bolqarıstanda keçirilən(onlayn) beynəlxalq turnirdə I yerə, Məmmədli Səma Rəşad qızı II yerə, Abdulov İlkin Elçin oğlu stolüstü tenis üzrə Şimali Kipr Türk Respublikasında keçirilən beynəlxalq turnirdə II yerə,  Hüseynov Malik Emin oğlu və İbrahimli Xəzər Hicran oğlu Türkiyənin Trabzon şəhərində keçirilən boks idman növü üzrə turnirdə I yerə, Məmmədov Şahin Ramil oğlu II yerə, Rüstəmov İsmayıl Yaşar oğlu, Ədilov Əli Mais oğlu və Azayev Ziya Rauf oğlu III yerə layiq görülüblər. Aynur Fərzəliyeva gənclərin idmanla yanaşı təhsilə,elmə də önəm verdiyini bildirərək, qeyd edib ki, Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş Bakı şəhərində, Gülüstan sarayında keçirilmiş “Nə? Harada?, Nə zaman?” intelektual bilik yarışının final mərhələsində Şirvan şəhər komandası ikinci yerə layiq görülüb. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qazandıqları uğurlu naliyyətlərə görə idmançıları təbrik edərək onlara daha böyük qələbələr qazanmağı arzulayıb. İdmanın Azərbaycan dövləti üçün hər zaman ən mühüm sahələrdən birini təşkil etdiyini bildirib. Qeyd edib ki, ölkəmizin son 20 ildə qazandığı yüksək nəticələrin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və bu gün də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən ölkəmizdə idmana və idmançılara göstərilən diqqət və qayğıdan söz açaraq, bu sahədə şəhərimizdə də idmançlıların daim diqqətdə saxlanıldığını qeyd edib. Dövlət səviyyəsində həyata keçirilən tədbirlərin davamı olaraq, Şirvan şəhərində müxtəlif idman və bədən tərbiyəsi mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bundan sonra da ölkə idmanının inkişafına Şirvan şəhər idmançılarının töhfə verəcəyinə əmin olduğunu bildirib. Şəhər İcra Hakimiyyətinin başçısı həmçinin Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 30 illiyinə həsr olunmuş “Nə? Harada?, Nə zaman?” intelektual bilik yarışında 2-ci yerin qalibi olan komanda üzvlərini təbrik edib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının sıralarında intellektual gənclər ordusunun olması çox sevindiricidir. Belə intellektual yarışlarda təmsil olunmaq Heydər Əliyev ideyalarına, Prezident İlham Əliyevin siyasətinə və Yeni Azərbaycan Partiyasının prinsiplərinə olan inamın ifadəsidir. Sonra Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Gənclər və İdman İdarəsinin direktoru Samit Həsənov,Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Ramin Tağıyev, Gənclər Evinin direktoru Əfqan Həsənov beynəlxalq yarışlarda ölkəmizi və şəhərimizi layiqincə təmsil edən idmançıları, onların məşqçilərini, intelektual bilik yarışının qaliblərini təbrik edərək uğurlar arzulayıblar. Sonda idmançılara və komanda üzvlərinə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən Fəxri fərman və Şirvan Şəhər İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsində könüllülük fəaliyyətini uğurla başa vurmuş Qədirli Kamal Mövsüm oğluna sertifikat təqdim edilib, xatirə şəkli çəkilib.

 

Mətbuat xidməti

 

Keçidlər