Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov İsmət Qayıbov adına Mədəniyyət və İstirahət Parkında aparılan yenidənqurma işlərinin gedişatı ilə tanış olub.

18 fevral 2025 | 13:18

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəyli ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq Şirvan şəhərinin “Köhnə şəhər” hissəsində, Kür çayının sahilində yerləşən İsmət Qayıbov adına parkda genişmiqyaslı yenidənqurma və əsaslı təmir işlərinə başlanılmışdır.

Layihə əsasında parkın ərazisində 1790 m2 tamet tavalar döşənmiş, 3023.4 p.m beton bordyurlar düzülmüş, 5435.1 m2 asfalt-beton örtük vurulmuş, 20 ədəd işıq dirəyi quraşdırılmış, 1 ədəd park informasiya lövhəsi və 1 ədəd kompleks uşaq əyləncə qurğusu qoyulmuşur. 5 ədəd idman qurğusunun, 1 ədəd turnik kompleksinin, 3 ədəd balansir yelləncəklərin, 20 ədəd işıq dirəyinin quraşdırılması, 30 ədəd müasir oturacağın və 30 ədəd tullantı qutusunun qoyulması, səhnə-kölgənəgahın əsaslı təmir olunması nəzərdə tutulmuşdur.

Parkda istinad divarının və sanitar qovşağın əsaslı təmiri işləri aparılır.

Bundan əlavə əraziyə 500 m3-ə qədər münbit torpaq verilmiş, 915 ədəd müxtəlif növ ağac və gül kolları əkilmişdir.

Parkda mövcud qeyri-yaşayış obyektləri təmir olunmaqla, fərdi yaşayış evlərinin hasarlarında suvaq işləri aparılmışdır.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tərəfindən parkda aparılan yenidənqurma və əsaslı təmir işlərinə mütəmadi olaraq yerində baxış keçirilməklə icraçılara, aidiyyəti qurumlara müvafiq tövsiyə və tapşırıqlar verilir.

Parkın yaxın günlərdə şəhər sakinlərinin və qonaqların istifadəsinə verilməsi planlaşdırılır.

Keçidlər