Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iyul ayının sonuncu cümə axşamı Şəhidlər xiyabanını ziyarət edib, şəhid ailələri ilə görüşüb.

25 iyul 2024 | 15:32

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov iyul ayının sonuncu cümə axşamı Şəhidlər xiyabanını ziyarət edib, şəhid ailələri ilə görüşüb.

Respublikamızın hər yerində olduğu kimi Şirvan şəhərində də Şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı yüksək hörmət və ehtiramla davam etdirilir. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ənənəvi olaraq hər ayın sonuncu cümə axşamı Şəhidlər xiyabanını ziyarət edir, şəhid ailələri ilə görüşür, onları narahat edən problemlərlə maraqlanır, həlli istiqamətində müvafiq tapşırıqlar verir.

İyulun 25-də Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəis müavini, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, din xadimləri və şəhid ailələri ilə birlikdə Şəhidlər Xiyabanını ziyarət ediblər.

Öncə Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzülüb. Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ailələrinə səbir dilənib.

Sonra 19-20 sentyabr 2023-cü il tarixdə Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalan Əli Tağıyevin doğum günü münasibətilə məzarı ziyarət edilib, önünə tər güllər düzülərək, xatirəsi ehtiramla yad edilib. Şəhər İcra Hakimiyyətinin başçısı belə qəhrəman, cəsur oğul böyütdükləri üçün şəhidin valideynlərinə təşəkkür edib, onlara Allahdan səbir diləyib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın əziz xatirəsinin dövlətimiz və xalqımız tərəfindən həmişə olduğu kimi, bundan sonra da daim uca tutulacağını vurğulayıb. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açıb, bu qayğının Şirvan şəhərində də davam etdirildiyini qeyd edib.

YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhid atası Rəhim Hüseynov, "Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondunun prezidenti, Əfqanıstan və Qarabağ müharibəsinin veteranı Sərraf Orucov və digərləri çıxış edərək Vətən uğrunda candan keçməyin müqəddəs amal olduğunu, şəhidlərin ölməzliyini, onların xatirələrinin həmişə hörmət və ehtiramla yad ediləcəyini bildiriblər.

Daha sonra Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksi ziyarət edilib.

Şəhid Əli Tağıyevin doğum gününə həsr olunmuş tədbir Şirvan Gənclər Evi Sosial Xidmət Müəssisəsində davam etdirilib. Tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Çıxış edənlər şəhidimizin şərəfli döyüş yolundan, vətənpərvərliyindən, peşəkarlığından, döyüş əzmindən və milli-mənəvi dəyərlərimizə bağlılığından danışıblar.

 Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qonaqlara 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi” xatirə hədiyyəsini və Şirvan şəhərinin 60 illik yubileyinə həsr olunmuş “Şirvan 60” kitabını və yubiley hədiyyələrini təqdim edib.

Şəhid ailələri dövlət səviyyəsində şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. 

Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Keçidlər