Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov növbəti səyyar görüş keçirib.

15 fevral 2024 | 16:00

Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədilə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 2024-cü ilin fevral ayı ərzində keçirilməsi nəzərdə tutulan səyyar görüşlərin qrafikinə əsasən, fevralın 15-də Şirvan Müalicə Diaqnostika Mərkəzində növbəti səyyar görüş keçirilib.

Görüşdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Millət vəkili İltizam Yusifov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Görüşdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə etməklə keçirilən növbədənkənar Prezident seçkilərində cənab İlham Əliyevin Azərbaycan xalqının böyük etimadını qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə Şirvan seçicilərini və görüş iştirakçılarını təbrik edib, seçkidə fəallıqlarına görə təşəkkürünü bildirib. Azərbaycan xalqına misilsiz qələbələr bəxş edən Qalib Ali Baş Komandana yeni hədəflər və güclü, demokratik, firavan Azərbaycan uğrunda davamlı fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edib ki, fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri xalq, millət, dövlət birliyinin təcəssümü kimi Azərbaycan xalqının tarixinə düşdü. Ərazi bütövlüyü və suverenliyini bərpa edən Azərbaycan xalqı bu seçkilərlə bir daha dünyaya birliyini, həmrəyliyini nümayiş etdirdi. Seçki günü məntəqələrə kütləvi seçici axını, yüksək fəallığı əksər yerli və xarici müşahidəçilər və beynəlxalq təşkilatların nümayəndələri verdikləri bəyanatlarda təsdiq etdilər.

Sonra ölkə başçısının xüsusi diqqət və qayğısı sayəsində özünün yeni intibah dövrünə qədəm qoymuş Şirvan şəhərində aparılan abadlıq-quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramında nəzərdə tutulmuş tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı məlumat verib.

Səyyar görüşdə iştirak edən Millət vəkili İltizam Yusifov 7 fevral 2024-cü il tarixində ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib, xalqımızın və dövlətimizin həyatında yeni parlaq bir dövrün başladığını vurğulayıb.

Daha sonra müraciətlər dinlənilib və araşdırma tələb edən müxtəlif məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib, qanunamüvafiq izahatlar verilərək həlli nəzarətə götürülüb.

Görüşdə iştirak edən vətəndaşlar müraciətlərinə həssaslıqla yanaşılmasından məmnunluqlarını bildirərək, yaradılan şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Məlumat üçün bildiririk ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə vətəndaşlar “Rəqəmsal İcra Hakimiyyəti” (https://rih.gov.az) portalına daxil olmaqla müraciət imkanı əldə edə bilərlər.

Keçidlər