Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov növbəti vətəndaş qəbulu keçirib.

06 dekabr 2023 | 12:50

Dövlət başçısının vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq, dekabrın 6-da Şirvan Şəhər İcra Hakimiyyətində növbəti vətəndaş qəbulu keçirilib.

Şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin, şöbə müdirlərinin, aidiyyəti təşkilat və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.

Qəbul zamanı şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının müraciətləri növbədənkənar dinlənilib, digər vətəndaşlar isə növbəlilik əsasında qəbul ediliblər.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, bəzi müraciətlərlə bağlı müvafiq izahat verilib, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb. Şəhər sakinlərinin nəzarətə götürülmüş müraciətlərinin qısa müddətdə ətraflı araşdırılaraq zəruri tədbirlər görülməsi üçün qəbulda iştirak edən məsul vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.

Vətəndaşlar müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər